Arvadım telefonla oynayırdı deyə döydüm
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda 38 yaşlı kişi qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonunda, onların birgə yaşadığı evdə baş verib. Beyləqan rayon sakini, 1988-ci il təvəllüdlü Saleh həmin gün saat 23:30-da yaşadığı evdə mobil telefonundan çox istifadə etməsi ilə bağlı arvadı Pəriylə (adlar şərtidir – red.) mübahisə edib.
Aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı o, yumruq və təpiklə arvadının bədəninin müxtəlif nahiyələrinə vurub.
İş üzrə izahat verən Saleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Pəri ilə 2011-ci ildə ailə qurub:
“Əvvəllər arvadım ilə münasibətlərim yaxşı olub. Lakin son vaxtlar aramızda qısqanclıq zəminində mübahisələr yaranıb. Məlum hadisə günü, axşam saat 23:30-da Pərinin mobil telefonundan çox istifadə etdiyini gördüm. Ona son zamanlar mobil telefondan hansı səbəbdən çox istifadə etdiyini soruşdum. Həmin mövzu ilə bağlı aramızda yaranan mübahisə zamanı Pəri cavab qaytardığı üçün yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirdim”.
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürüb.
Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Arvadım mənə səsini ucaltdı deyə döydüm
21 May 2026 14:34
Arvadım kobud cavab verdi deyə döydüm
09 İyun 2026 12:35
Arvadım telefona gec cavab verdi deyə onu döydüm
16 İyun 2026 19:31
Gecə ayıldım ki, arvadım telefonumla mesaj yazır, döydüm
22 İyun 2026 11:28
Arvadım dedi ki, evi təmizlə, mən də döydüm Məhkəmə
22 Aprel 2026 17:31
Baxış sayı:145
Bu xəbər 14 May 2026 20:21 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları