Icma.az
close
up
RU
Arvadım pişiyin evdə saxlanılmasına etiraz etdi, mən də döydüm

Arvadım pişiyin evdə saxlanılmasına etiraz etdi, mən də döydüm

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Abşeron rayonunda 72 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 13-də baş verib. Beyləqan rayon sakini, 1954-cü il təvəllüdlü Mehdi həmin gün gecə saat 00:30-da yaşadığı evdə arvadı Zəminə (adlar şərtidir – red.) ilə ev heyvanı olan pişik saxlamaq üstündə aralarında yaranmış fikir ayrılığı ilə əlaqədar ailə-məişət münasibətləri zəminində mübahisə baş verib. 
O, həmin mübahisə əsnasında arvadının üzərinə hücum edib, əl-yumruq zərbəsi ilə onun baş nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, Zəminə ilə 1992-ci il də rəsmi olaraq ailə həyatı qurub, birgə nikahdan iki övladı var:
“Bu ilin yanvarın 13-də, gecə saat 00:30-da yaşadığım evdə olarkən oğlum Vüsal üçün evə pişik gətirdim. Həmin vaxt arvadım pişiyin evdə saxlanılmasına etiraz etdi. Evdə həmin pişiyə baxa bilməyəcəyini, pişiyin evi batıracağını və pişiyin evdən aparılmasını istədi. Mən də Zəminənin pişiyi evdən göndərmək istədiyini gördüm. Ona pişiyin evdə saxlanılmasının heç kəsə problem olmayacağını dedim və öz iradımı söylədim. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşərək əlim ilə bir dəfə Zəminənin baş nahiyəsinə zərbə vurdum. İkinci dəfə Zəminəni əlim ilə vurmaq istədim. Amma Zəminə əlini başının qarşısına tutdu və əlim onun əl nahiyəsinə dəydi. Bundan sonra mübahisələrimiz başa çatdı”.
Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı ödəyib, zərərçəkmiş şəxslə barışıq əldə edib. 
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Aprel 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri