Icma.az
close
up
RU
Arvadım kobud cavab verdi deyə döydüm

Arvadım kobud cavab verdi deyə döydüm

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Quba rayonunda 46 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1980-ci il təvəllüdlü Xəlil birgə yaşadıqları evdə arvadı Züleyxa (adlar şərtidir – red.) ilə aralarında yaranmış mübahisə zamanı onun baş nahiyəsindən yumruqla, sağ ayağından təpiklə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Xəlilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən Xəlil törətdiyi əməli etiraf edib və bildirib ki, 2006-cı ildə Züleyxa ilə ailə həyatı qurub: “Aramızda baş verən münaqişələrə görə bir müddət sonra rəsmi qaydada boşandıq.
Boşanmağımıza baxmayaraq bir evdə yaşamağa davam etdik. Məlum hadisə günü, saat 22 radələrində birgə yaşadığımız evdə olduğumuz zaman Züleyxadan gündüz harada olduğunu soruşdum. O, kobud cavab verdiyi üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı əlim və ayağım ilə Züleyxanın bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona xəsarət yetirdim”. 
Təqsirləndirilən şəxs deyib ki, daha sonra Züleyxa Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verib. 
Quba Rayon Məhkəməsinin hökmü ilə Xəlil 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən onun cəzaçəkmə müddəti ərzində Quba rayonu inzibati ərazi hüdudlarını tərk etməsi, həmçinin bu müddətdə yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməsi qadağan olunub. 
Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 İyun 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri