Icma.az
close
up
RU
Arvadım mənə səsini ucaltdı deyə döydüm

Arvadım mənə səsini ucaltdı deyə döydüm

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 8-də rayonun Kürdəxanı qəsəbəsində baş verib. Füzuli rayon sakini, 1988-ci il təvəllüdlü Tamerlan həmin gün saat 18:30-da yaşadıqları evin qonaq otağında arvadı Rəqsanə (adlar şərtidir – red.) ilə mübahisə edib. 
Ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əl zərbəsi ilə arvadının sifətindən və qolundan vurub, ona xəsarətlər yetirib. 
İş üzrə ifadə verən Tamerlan bildirib ki, 2013-cü ildə Rəqsanə ilə rəsmi nikaha daxil olub:
“Həmin nikahdan iki övladımız dünyaya gəldi. Ailə həyatı qurduqdan sonra münasibətlərimiz normal olub. 2018-ci ildə törətdiyim əmələ görə məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildim. Cəzanı çəkdiyim müddətdə Rəqsanə məhkəmə qaydasında məndən boşandı. Lakin cəzamı tam çəkib azadlığa çıxdıqdan sonra yenidən birlikdə yaşadıq”. 
Təqsirləndirilən şəxs deyib ki, bu ilin yanvarın 8-də yaşadığı evin qonaq otağında olduğu zaman Rəqsanə ilə arasında mübahisə yaranıb:
“Mübahisə zamanı qarşı tərəfin yüksək səslə danışması səbəbindən əsəbləşərək əl ilə onun sifətinə və qol nahiyəsinə zərbələr endirdim, nəticədə ona xəsarət yetirdim. Daha sonra yaşayış yerini tərk etdim”.
İş üzrə zərərçəkmiş Rəqsanənin sözlərinə görə, Tamerlan ilə ailə həyatı qurduqdan sonra onların arasında münasibətlər normal olmayıb:
"Tamerlan mütəmadi olaraq spirtli içki qəbul edib və ailə daxilində mübahisələr yaradıb. O, 2018-ci il tarixdə qonşuluqda yaşayan Mənsur adlı şəxsə daş atmaqla xəsarət yetirdiyinə görə məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edildi. Cəzasını çəkdiyi müddətdə, 2021-ci ilin fevral ayında məhkəmənin qərarı ilə ondan rəsmi qaydada boşandım. Lakin Tamerlan cəzasını çəkərək azadlığa çıxdıqdan sonra uşaqlarının xatirinə qeyri-rəsmi olaraq birgə yaşamağa başladıq. Buna baxmayaraq, Tamerlan sonradan da ailə daxilində mütəmadi olaraq mübahisələr yaratdı”. 
Zərərçəkmiş deyib ki, bu ilin yanvarın 8-də yaşadıqları evdə olduqları zaman heç bir əsaslı səbəb olmadan Tamerlan onun ünvanına nalayiq ifadələr işlədib: “Tamerlana cavab verdikdən sonra üzərimə hücum etdi, baş və qol nahiyələrimdən bir neçə dəfə zərbə vurdu. Nəticədə xəsarət aldım. Hadisə ilə əlaqədar “102” xidmətinə məlumat verdim. Hadisə zamanı yaşayış yerində bizdən başqa azyaşlı övladlarımız da olub”.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Tamerlan aylıq qazancından 10 faiz dövlət nəfinə pul tutulmaqla 1il müddətə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 May 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri