Icma.az
close
up
RU
Arvadım telefona gec cavab verdi deyə onu döydüm

Arvadım telefona gec cavab verdi deyə onu döydüm

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Abşeron rayonunda 32 yaşlı kişi həyat yoldaşını döyüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Sabirabad rayon sakini Xanlar ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Nərminənin onun telefon zənglərinə gec cavab verməsinə görə irad bildirərkən arvadının kobud cavabı ilə üzləşib. 
Bu zaman onlar arasında həmin səbəbdən ailə-məişət münasibətləri zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verib. 32 yaşlı kişi həmin mübahisə əsnasında əsəbiləşərək arvadının üzərinə hücum edib, əl, yumruq zərbələri ilə onun sifət, baş və bədəninin digər nahiyələrinə vurub. 
Xanların barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən Xanlar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Nərminə ilə 2024-cü ildə ailə həyatı qurub, birgə nigahdan bir azyaşlı övladı var:
“Nərminə ilə son zamanlar aramızda ailə daxili mübahisələrimiz olur. Buna səbəb Nərminənin valideynlərinin bizim ailə işlərimizə müdaxilə etmələridir”. 
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, saat 19 radələrində Xırdalan şəhərində yaşadığı evə gələrkən Nərminənin mobil telefonuna zəng edib:
“Zəng etməkdə məqsədim evə marketdən nəsə alıb-almadığını öyrənmək olub. Lakin Nərminə telefon zənglərimə gec cavab verdi. Evə gəlib çatandan sonra buna görə Nərminəyə irad bildirdim. Bu səbəbdən aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşərək Nərminənin üzərinə gedərək əlim ilə onun sifət nahiyəsindən vurdum. Sonra mübahisələrimiz başa çatdı”. 
Abşeron Rayon Məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb. 
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 İyun 2026 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri