Arvadına "qaraçı" dedi, məhkəməlik oldu Ögey övladına aliment ödəyəcək
Icma.az, Bakupost saytına istinadən bildirir.
Türkiyənin Çorum vilayətində ər arvadına etdiyi xitaba görə məhkəməlik olub.
Bakupost Türk mediasına istinadən xəbər verir ki, Çorumda yaşayan şəxs evləndikdən 14 gün sonra həyat yoldaşının evdən xəbərsiz çıxdığını, onu təhqir etdiyini, arvadının birinci evliliyindən olan övladının ona qarşı aqressiv və hörmətsizlik etdiyini bildirərək boşanma ərizəsi verib.
Məhkəmədə qadın isə ərinin iddialarının hüquqi əsası olmadığını, həqiqəti əks etdirmədiyini deyib.
O, qısa nikahları boyunca mübahisələrə başladığını, ona “qaraçı”, “qaraçı arvadı” deyərək alçaldıb təhqir etdiyini, onu evdən qovduğunu bildirib.
Məhkəmə, kişinin açdığı iddianın rədd edilməsinə və qadının iddiasının qəbul edilməsinə dair hökm çıxarıb və kişinin 15 min (666 AZN) lirə mənəvi zərər, 10 min lirə (444 AZN) aylıq aliment ödəməsinə qərar verib.
Aygün, Bakupost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 22 Aprel 2025 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















