Icma.az
close
up
RU
Arvadına sataşdılar Sən kişi deyilsən...

Arvadına sataşdılar Sən kişi deyilsən...

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Xaçmaz rayonunda 1986-cı il təvəllüdlü Bəhlul həmkəndlisi Xəyyama (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin mayın 11-də Xaçmaz şəhəri, İslam Səfərli küçəsində baş verib. Bəhlul həmin gün saat 19:30-da qonşusu Xəyyamın evinin qarşısında söyüş söyüb. 
Bu zaman Bəhlul Xəyyama söyüş söyməməsini deyib və irad bildirib. Bunu bəhanə edən Bəhlul yumruqla bir dəfə Xəyyamın alın nahiyəsindən vurub. Ona qəsdən müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Bəhlulun barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Bəhlul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Xəyyam ona böhtan atıb və mütəmadi olaraq ona qarşı münaqişəyə səbəb olacaq hərəkətlər edib:
“Qarşı tərəf mənim həyat yoldaşıma dəfələrlə sataşıb və özümü məsxərəyə qoyaraq məhəllədə psixi pozuntusu olan şəxs kimi qələmə veriblər. Lakin mən Ruhi Əsəb Dispanserində qeydiyyatda olmamışam. Yalnız güclü avto qəza keçirmişəm. Hadisə günü məclisdən spirtli içki qəbul edərək gəldiyimdən küçədə uşaqlar mənə dəli deyərək gülüblər. Mən uşaqlara “gedin buradan atanızı çağırıb deyəcəm” sözlərini işlətdim. Uşaqlar uzaqlaşdıqdan sonra öz evimə getdim. 3-5 dəqiqə sonra evimdən haradasa 100 metr uzaq məsafədə yerləşən mağazaya siqaret almaq niyyətilə çıxmışdım. Həmin vaxt qonşumuz Xəyyam orada digər qonşumuz olan Mahmud ilə sonuncuya məxsus yük avtomobilində ot gətirməyə getdikləri vaxt mənə yaxınlaşdı, guya ki, dəfələrlə belə hərəkətlərə yol verdiyimi, uşaqları söydüyümü və qovduğumu bildirdi. Mən Xəyyama məclisdən gəldiyimi, sərxoş olduğumu, sabah söhbət edə biləcəyimizi dedim. Buna baxmayaraq Xəyyam getməyəcəyini, bu gün söhbət etməli olduğumuzu dedi”. 
Bəhlul qeyd edib ki, hadisə anı Xəyyam onun üzərinə gəlib: “Mən Xəyyamı itələyərək özündən uzaqlaşmasını dedim. Daha sonra Xəyyamla yaxalaşdıq. Bu zaman əsəbləşdim, yumruqla Xəyyamın sağ qaşına vurdum. O, isə məni kəlləsi ilə və yumruğu ilə vurdu. Mən yerə yıxıldıqdan sonra burnumun qanladığını gördüm. Həmçinin gözümün altında və başımda xəsarət izləri yarandı”. 
Zərərçəkmiş Xəyyamın ifadəsinə görə, Bəhlul spirtli içki qəbul edib və küçədə dəfələrlə söyüş söyüb: “Biz narazılığımızı bildirməyimizə baxmayaraq, Bəhlul öz hərəkətlərini davam edib. Mən səhər saatlarında işə gedərək axşam saatlarında evə qayıdıram. Heç kimlə düşmənçiliyim və ya ədavətim yoxdur, qonşularım ilə yaxşı münasibətdəyəm”. 
Xəyyam deyib ki, hadisə günü işdən evə gəlməzdən əvvəl uşaqlar küçədə öz aralarında gülərək oynadıqları vaxt Bəhlul uşaqların ona güldüklərini zənn edib, onları söyüb:
“Daha sonra isə digər qonşunu söydüyü üçün həmin şəxs Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək şikayət edib. Mən işdən gələndə uşaqların qonşunun həyətinə toplandıqlarını gördüm. Onlardan məsələ barədə soruşdum. Həmin uşaqlar Bəhlulun şəxs yenə söyüş söydüyünü dedilər. Daha sonra polis əməkdaşları gələrək Bəhlulun evindən çölə çıxması üçün çağırdılar. Lakin onun həyat yoldaşı çölə çıxdı və onun evdə olmadığını dedi. Buna görə də polis əməkdaşları getdilər. Biz qonşunun həyətində əyləşərək çay içdiyimiz vaxt başqa bir qonşu Mahmud gəldi. Mənim Mahmudla birlikdə işim olduğu üçün ona məxsus yük avtomobilinə əyləşdim və oradan getmək istədim”. 
Xəyyamın ifadəsinə görə, bu zaman Bəhlul həyətindən çıxaraq yenidən söyüş söyüb və ona “sən kişi deyilsən” sözlərini işlədib: “Daha sonra məni vurdu. Bəhlulla mənim aramda əlbəyaxa dava olmadı. Yalnız Bəhlul mənim dayandığım yerdə üz nahiyəmə yumruqla vurduqdan sonra mən də bir dəfə onun burun nahiyəsindən vurdum. Bəhlulun məni vurması nəticəsində qaşımdan xəsarət almışam”. 
Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilib və ona 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün axşam saat 21:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, bundan əlavə Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub. 
Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb. 
Həmçinin ona kütləvi və digər tədbirlər təşkil etmək və ya belə tədbirlərdə iştirak etmək qadağan olunub. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Mart 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri