Icma.az
close
up
RU
Arvadını bıçaqlayan qısqanc kişiyə hökm oxundu

Arvadını bıçaqlayan qısqanc kişiyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Habil Nəsirovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 04 may 2024-cü il tarixdə, saat 21 radələrində paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb. 

Belə ki, Habil Nəsirov birgə yaşadıqları evdə arvadı, zərərçəkmiş Rəna Nəsirovanın (şərti) başqa kişilərlə ünsiyyətdə olmaqla ona xəyanət etməsindən şübhələnib. O, buna görə həyat yoldaşı ilə şəxsi münasibətlər və qısqanclıq zəminində mübahisə edib. Sonra Habil arvadına bıçaqla qəsdən bir neçə dəfə zərbə endirərək ona xəsarət yetirib. 

Hadisədən sonra Habil Nəsirov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Kamal Məmmədov

seeBaxış sayı:21
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri