Keçmiş arvadını döyən qısqanc ərə hökm oxundu
Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Bilal Məmişovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə bu ilin yanvarında paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, Bilal Məmişov yaşadıqları ünvanda onunla birlikdə yaşayan keçmiş arvadı, zərərçəkmiş İradə Bəşirova (ad, soyadı şərtidir) ilə qısqanclıq zəminində mübahisə edib. Bu zaman o, qadının baş nahiyəsindən qəsdən bir dəfə yumruqla zərbə yetirərək, onun sağlamlığına yüngül zərər vurub. Hadisədən sonra Bilal Məmişov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Məhkədə elan edilib ki, zərərçəkmiş keçmiş əri ilə barışıb, ondan şikayətçi deyil.
Kamal Məmmədov


