Icma.az
close
up
RU
Fərdi kombilər tarix olur: Təhlükəsizlik və qənaət üçün yeni dövr başlayır

Fərdi kombilər tarix olur: Təhlükəsizlik və qənaət üçün yeni dövr başlayır

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı ictimai dinləmə keçirib. İclasda “İstilik təchizatı haqqında” Qanun layihəsi ilə bağlı gözləntilər açıqlanıb. Qanun layihəsində texniki itkilərin azaldılması, xidmət keyfiyyətinin artırılması, fasiləsiz istilik enerjisi təminatı, enerji effektivliyinin yüksəldilməsi və investorlar üçün risklərin minimallaşdırılması kimi məsələlər nəzərdə tutulub.

Qanun layihəsini şərh edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev “Sherg.az”a açıqlamasında bildirib ki, “İstilik təchizatı haqqında” Qanun layihəsi ölkəmizdə istilik enerjisinin təminatında mühüm islahatların və yeniliklərin həyata keçirilməsi istiqamətində atılan önəmli addımlardan biridir. Onun sözlərinə görə, yeni tikilən binalarda mərkəzi istilik sisteminin tətbiqi, enerji effektivliyi və ekoloji dayanıqlılığın təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir:

 “Layihə çərçivəsində həm dövlət, həm də özəl sektorun əməkdaşlığı ilə istilik enerjisinin keyfiyyətli, fasiləsiz və ekoloji təmiz şəkildə təmin olunması, texniki itkilərin azaldılması və rəqəmsal innovasiyaların tətbiqi əsas prioritetlərdən sayılır. Bu, həm sakinlərin komfort səviyyəsinin yüksəldilməsinə, həm də enerji sektorunda investisiya mühitinin daha da əlverişli olmasına şərait yaradacaq. Yeni tikilən binalarda mərkəzi istilik sisteminin tətbiqi, həmçinin sosial obyektlərdə fasiləsiz istilik enerjisi təminatını gücləndirərək, ölkədə istilik təchizatı infrastrukturunun müasirləşdirilməsinə və davamlı inkişafına mühüm töhfə verəcək”.


Deputat qeyd edib ki, hazırda yeni tikilən binalarda mərkəzi istilik sisteminin olmaması həm təhlükəsizlik, həm də iqtisadi baxımdan vətəndaşlar üçün ciddi çətinliklər yaradır. Bu sahədə nəzarət mexanizmlərinin zəifliyi səbəbindən çox zaman standartlara cavab verməyən fərdi istilik sistemləri — əsasən kombilər — quraşdırılır ki, bu da qaz sızmaları və digər təhlükəli halların başvermə riskini artırır: 

“Yeni qanun layihəsi isə bu problemlərin aradan qaldırılmasına yönəlib və kifayət qədər mütərəqqi yanaşmalar təklif edir. Xüsusilə məhəllə tipli mərkəzləşdirilmiş istilik sistemlərinin qurulması həm təhlükəsizlik, həm də qənaət baxımından daha səmərəli ola bilər. Bu sistemlər genişmiqyaslı boru xətləri və yüksək infrastruktur xərcləri olmadan lokal əraziləri əhatə etməklə daha effektiv nəticələr verə bilər. Eyni zamanda, qanun layihəsində binaların izolyasiya və tikinti keyfiyyətinə də xüsusi diqqət ayrılması təqdirəlayiqdir. İstilik itkisini azaltmaq üçün fasad və izolyasiya sistemlərinin keyfiyyətli olması və tikinti zamanı standartlara əməl olunması vacibdir. Əks halda, vətəndaşların ödədiyi istilik xərcləri artır, enerji sərfiyyatı isə daha yüksək olur. Nəticə etibarilə, yeni qanun layihəsi vətəndaşların həm təhlükəsizliyini, həm də maddi rifahını nəzərə alan müasir yanaşmalar təqdim edir. Əsas məsələ isə bu müddəaların real həyata tətbiqində ardıcıl və ciddi nəzarətin təmin olunmasıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 İyun 2025 01:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri