Icma.az
close
up
RU
Arvadını boğaraq öldürən: Telefonda başqa şəxslə danışanda tutdum

Arvadını boğaraq öldürən: Telefonda başqa şəxslə danışanda tutdum

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Bakıda həyat yoldaşını qısqanclıq zəminində boğaraq öldürməkdə təqsirləndirilən Nurəddin Məmmədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.


İttihama aktına əsasən, Nurəddin Məmmədov 28 aprel 2024-cü il tarixdə, saat 12 radələrində yaşadığı Bakı şəhəri, Ramana qəsəbəsindəki evində olarkən arvadı, zərərçəkmiş Ayşən Məmmədovanın pilləkəndə oturub istintaqa məlum olmayan şəxslə “Whatsapp”da görüntülü danışdığını görüb. O, arvadının əvvəllər də bir neçə dəfə başqa şəxslərlə əlaqəsi olduğunu aşkar etdiyindən ona xəyanət etdiyini güman edib. Sonra təqsirləndirilən şəxs telefonu qadının əlindən alıb başına vurub, sinəsindən itələyib, bıçağın dəstəyi ilə onun təpə nahiyəsindən bir dəfə vurub.


Bundan başqa, o, 5 may 2024-cü il tarixdə, saat 13:30 radələrində yaşadığı evə gəlib arvadı Ayşənin yataq otağında “Whatsapp"da kiminləsə aralarında intim münasibət olması barədə söhbət apardıqlarını və yazışmalarını görüb. Sonra Nurəddin həyat yoldaşının ona xəyanət etməsindən əmin olub. Bu zaman Ayşən isə etdiyi hərəkətlərə haqq qazandırmağa çalışıb. Onlar mübahisə edə-edə mətbəx otağına keçib. Daha sonra təqsirləndirilən şəxs qəflətən hər iki əli ilə qadının boğazından tutub yerə yıxıb. Nurəddin yerdə arvadını boğaraq öldürüb.


Məhkəmə baxışı zamanı o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Nurəddin ifadəsində qeyd edib ki, hadisə günü evə gəldiyini arvadına deməyib. O, evə əsas girişindən deyil, arxa tərəfdən daxil olub.


"Otağın qarşısına kimi yavaş-yavaş gələrək Ayşənin telefonla danışdığını gördüm. Arvadımın telefonla danışdıqlarına bir az qulaq asdım və “uşaqlar olduğundan göstərə bilməməsini” söylədiyini eşitdim. Həmin anda içəri daxil oldum. Ayşən məni görən kimi yuxarı qalxmış köynəyini aşağı endirdi. Həmin vaxt qarşı tərəfdəki şəxs telefonu söndürdü. Ondan həmin şəxsin kim olduğunu soruşdum. O, telefonda danışdığı şəxsin bacısının tanışı olduğunu bildirdi. Lakin arvadıma inanmadım. Telefonu götürüb yazışmalara baxdım və bundan sonra mübahisəmiz başladı. Uşaqlar mübahisəmizi görməsin deyə mətbəx otağına keçdik. Sonra Ayşən təhqirə keçməyə başladı. Həmin an əsəbi olduğumdan arvadımı yerə yıxıb boğazından sıxdım. Onu öldürmək kimi bir məqsədim yox idi. Məqsədim telefondakı yazışmaları sübut kimi məhkəməyə təqdim edib uşaqları onun əlindən almaq idi", deyə Nurəddin ifadəsində söyləyib.


O deyib ki, Ayşəni öldürdükdən sonra qardaşına zəng edərək hadisəni ona danışıb. Qardaşı onlara gəldikdən sonra DİN-in 102 qaynar xəttinə zəng edib təslim olduğunu bildirib.


Sonda Nurəddin himayəsində 2 azyaşlı uşaqlarının olduğunu və əməlindən peşmançılıq çəkdiyini qeyd edərək məhkəmədən ədalətli hökm çıxarmasını xahiş edib.


Nurəddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa az ağır zərə vurma) maddələri ilə ittiham irəli sürülüb.


Məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Kamal Məmmədov 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://pravda.az
archiveBu xəbər 24 Dekabr 2024 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see145

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see131

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see129

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see123

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see123

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see123

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see122

Almaxanım ana oldu

04 İyul 2025 15:22see121

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see118

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see118

Küləkli hava: Sarı və narıncı xəbərdarlıq

04 İyul 2025 07:40see118

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see118

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see117

Meksika millisi KONKAKAF Kubokunun finalına çıxdı

03 İyul 2025 09:32see117

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see117

Yaponyalı alimlərdən xərçəng xəstələrini sevindirəcək kəşf

04 İyul 2025 14:40see114

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XXIX YAZI)

04 İyul 2025 14:31see114

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see113

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see113

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri