Icma.az
close
up
RU
İtaliyada sərxoş sürücülərin avtomobili bloklanır

İtaliyada sərxoş sürücülərin avtomobili bloklanır

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

İtaliyanın vitse-prezidenti və nəqliyyat naziri Matteo Salvini sürücülərin avtomobillərində məcburi quraşdırmalı olduqları xüsusi cihaz olan alkokilidin tətbiqi ilə bağlı qərar imzalayıb. Bu cihaz sürücünün nəfəsində spirtin miqdarını müəyyən edir. Əgər spirtin miqdarı çox yüksək olarsa, avtomobilin mühərrikinin işə düşməsinə imkan vermir. Avtomobili işə salmaq üçün sürücü cihazdakı alkotesterə üfürməlidir. Əgər nəticə “sıfır” olmazsa, mühərrik işə düşməyəcək. SİA xəbər verir ki, yeni qaydalara əsasən, alkokilidin quraşdırılması spirtli içki qəbul edərək avtomobil idarə etdiyinə görə məhkəmənin yekun qərarı ilə təqsirli bilinmiş sürücülər üçün məcburi olacaq. Qurğunun quraşdırılmasının müddəti qanun pozuntusu zamanı qanda müəyyən edilmiş spirt miqdarından asılı olacaq: 0,8-dən 1,5 q/l-ə qədər olduqda cihazdan iki il istifadə olunmalıdır. Əgər qanda spirt miqdarı 1,5 q/l-dən çox olarsa, minimum üç il müddətində istifadə məcburidir. Tibbi komissiya daha uzun müddət də təyin edə bilər.

Qaydaların pozulmasına görə nəzərdə tutulan cəzalar xeyli yüksəkdir: 543 avrodan 2 min avroya qədər cərimə və sürücülük hüququnun altı aya qədər (minimum bir ay) məhdudlaşdırılması. Qurğunun dəyişdirilməsi, saxtalaşdırılması və ya tamamilə quraşdırılmaması hallarında cərimələr ikiqat artır. Əgər alkoqol kilidi ilə təmin edilmiş avtomobili idarə edən sürücü yenidən sərxoş vəziyyətdə yaxalansa, cərimə yenidən ikiqat artırılır. Əgər nəticədə yol-nəqliyyat hadisəsi baş verərsə, cərimənin məbləği daha bir üçüncü hissə artır.

İtaliya Avtomexaniklər Federasiyası (Federcarrozzieri) ölkədə istismarda olan köhnə avtomobil parkının, yəni yolların 22%-ni təşkil edən 19 ildən artıq yaşı olan avtomobillərin bu qurğu ilə texniki cəhətdən uyğunlaşmasının çətin olacağına diqqət yönəldib. Bu isə alkoqol kilidinin geniş şəkildə tətbiqində ciddi maneə yarada bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 İyul 2025 07:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri