Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Yay üçün qeyri xarakterik hava...

Yay üçün qeyri xarakterik hava...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Havanın sərin keçməsinin səbəbi nədir?

Ötən ay bir neçə il əvvəlki iyun ayları ilə müqayisədə nisbətən sərin keçdi. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir. Məlumdur ki, normadan artıq sərin, külək və yağışlı havanın müşahidə edilməsi iyul ayı üçün xarakterik deyil. Ölkəmizdə son günlər havanın sərin keçməsinin səbəbləri isə müxtəlif amillərlə əlaqələndirilir.

Ötən illə müqayisədə temperatur 3-8 dərəcə aşağı olacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyul ayının birinci 10 günlüyünün sonlarınadək ölkə ərazisində hava şəraitinin mülayim keçəcəyi, bəzi bölgələrdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Yağıntıların əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Qeyd edək ki, bu ilin may ayında havanın orta aylıq temperaturu iqlim normasından 2 dərəcə, iyun ayında 1 dərəcə yuxarı olub. İyul ayının birinci ongünlüyündə isə temperaturun normaya yaxın olacağı proqnozlaşdırılır.

İyul ayının birinci 10 günlüyündə havanın maksimal temperaturunun ötən ilin müvafiq dövrü ilə müqayisədə 3-8 dərəcə aşağı olacağı qeyd edilib. Belə ki, ötən ilin iyul ayının birinci 10 günlüyündə Bakıda və Abşeron yarımadasında 38, bölgələrdə 40 dərəcəyədək isti müşahidə edilmişdisə, bu ilin müvafiq dövründə Bakıda və Abşeron yarımadasında 30-33, bölgələrdə isə 35 dərəcəyə yaxın isti olacağı ehtimal olunur.

Havanın sərin keçməsi uzun çəkməyəcək...

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən ekoloq Rövşən Abbasov bildirib ki, iyulun ilk 10 günlüyündə temperaturun aşağı düşməsi müşahidə edilsə də, bu ay isti günlərin sayının çox olacağı gözlənilir: “İyunda temperaturun nisbətən aşağı olmasını baza dövrü, yəni 1961-1990-cı illərlə müqayisə etdikdə, çox da aşağı olmadığını görürük. 1990-cı ildən sonrakı dövrə nəzər salsaq, həmin dövrlərlə müqayisədə temperatur nisbətən aşağı olub. Buna səbəb isə lokal iqlim dəyişmələri, atmosfer dövranı, şimaldan və şimal-şərqdən Azərbaycana daxil olan hava kütlələrinin təsiridir. Ümumiyyətlə, şimaldan daxil olan hava kütlələri yayda nisbətən sərinlik, qışda sərtlik gətirir. Ümumi götürdükdə isə belə sərin havaların o qədər də uzun çəkməyəcəyini deyə bilərəm”.

Əsas səbəb iqlim dəyişmələridir

Ekoloq qeyd edib ki, yay aylarında temperaturun aşağı olması iqlim dəyişmələrinin bir növüdür: “Yəni iqlim dəyişmələri dedikdə təkcə temperaturun qalxması deyil, enməsi də nəzərdə tutulur və yaxud da yağıntıların azalması, çoxalması və s. İyun ayı əsasən sərin keçsə də, isti hava da müşahidə edildi. Amma bir neçə il bundan əvvəllə müqayisədə həmin isti havanın əvvəlki illərdə daha uzun müddət davam etdiyini görmüşük. İndi isə sərin günlərin sayı nisbətən artıb, isti günlərin sayı azalıb. Bu da elə iqlim dəyişmələrinin bir təzahürüdür”.

Ən isti iyun ayı 2021-ci ildə olub

R.Abbasovun sözlərinə görə, bu ilin iyun ayının əvvəlində Şahdağa qar yağıb, havanın minimal temperaturu 1 dərəcə şaxta təşkil edib. Bakı və Abşeron yarımadasında isə minimal temperatur 16 dərəcə isti olub. O, qeyd edib ki, ölkə ərazisində son 5 ildə iyun ayında havanın orta aylıq temperaturu iqlim normasından 2-4 dərəcə yuxarı olub: “Çoxillik müşahidə məlumatlarına əsasən, ən isti iyun ayı 2021-ci ildə qeydə alınıb. Həmin il havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcəyədək yüksəlib”.

Havada çirklənmənin artması

Ekoloq son günlər havanın çirklənməsi ilə bağlı da fikirlərini bölüşüb. Onun sözlərinə görə, atmosferi çirkləndirən maddələr nəinki insanlara, ekosistemə də mənfi təsir göstərir: “Havaya qarışan çirkləndirici maddələr isə müvafiq olaraq kükürd-dioksid, hidrogen-sulfid, karbon-monoksit, azot oksidləri və digər hissəciklərdir. Xüsusilə, son 100 ildə mineral yanacaqların həddindən artıq istifadəsi, istehsal və istehlakın artması atmosferi çirkləndirməyə davam edir. Hava çirkliliyi ciddi xəstəliklərə yol açmaqla yanaşı, miqren kimi xroniki və nevroloji xəstəlikləri olan şəxslərə təsir edir. Bundan başqa, son zamanlar ağ ciyər xəstəliklərinin yaranmasının əsas səbəbi kimi orqanizmə daxil olan hava kütləsinin zəhərli olmasıdır.  Çirklənmənin artması, eyni zamanda, havanın temperaturunun normadan çox olmasına da səbəb olur”.

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 İyul 2025 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see815

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see452

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see320

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see295

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see284

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see276

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see275

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see273

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see257

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see248

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see244

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see242

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see240

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see238

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see235

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see233

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see219

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see217

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see215

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri