Icma.az
close
up
RU
Arvadını intihar həddinə çatdıran kişi həbs edildi

Arvadını intihar həddinə çatdıran kişi həbs edildi

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən ilin iyununda Cəlilabadda həyat yoldaşını intihar həddinə çatdırmış kişi həbs edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Cəlilabad rayonunun Göytəpə şəhərində baş verib.

Belə ki, şəhər sakini 55 yaşlı Mənsurə Bəbirovanın özünü asaraq intihar etməsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Onun əri 1968-ci il təvəllüdlü Daxil Şabıyev Cinayət Məcəlləsinin 125 və 128-ci (özünü öldürmə həddinə çatdırma, qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilib.

Məlum olub ki, Daxil Şabıyevin ilk həyat yoldaşı 1999-cu ildə vəfat edib və onun 3 övladı qalıb. Bundan sonra D.Şabıyev M.Bəbirova ilə evlənib. Geridə qalan illər ərzində, xüsusilə 2021-ci ildən etibarən D.Şabıyev arvadına qarşı amansız rəftar edib, onu mütəmadi döyüb. Hadisə baş verməmişdən əvvəl də o, arvadını oğlunun, gəlininin yanında döyərək şərəf və ləyaqətini alçaldıb.

İyunun 15-də M.Bəbirova yaşadığı evdə bıçaqla özünə 6 dəfə xəsarət yetirərək intihara cəhd edib, lakin bıçaq daxilə nüfuz etməyib. Bir neçə saat sonra, yəni 16 iyun saat 01:30-da isə 55 yaşlı qadın həyətdəki tövlədə özünü yaylığı ilə asaraq həyatına son qoyub.

Məhkəmədə Daxil Şabıyev özünü təqsirli bilib və arvadını döydüyünü etiraf edib.

Bir neçə gün əvvəl Cəlilabad Rayon Məhkəməsi D.Şabıyevə hökm oxuyub. Ona 4 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə istintaqı dövründə polisin nəzarəti altında olmaqla azadlıqda qalan D.Şabıyev məhkəmə zalında həbs edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Dekabr 2024 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri