Icma.az
close
up
RU
Arvadını xəyanət etməyə məcbur edən məşhur yazıçı Onun ailəsi niyə siflisə yoluxmuşdu?

Arvadını xəyanət etməyə məcbur edən məşhur yazıçı Onun ailəsi niyə siflisə yoluxmuşdu?

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Bu gün dünya şöhrətli irland yazıçı Ceyms Coysun anım günüdür.
Kulis.az məşhur müəllifin həyatı haqqında "Əzizim Coys..." adlı məqaləni təqdim edir.

Coys arvadı ilə beş il birlikdə yaşadığı Triestdən vətəni Dublinə qayıdası olur. “Dublinlilər” əsəri hazırdır, onu nəşriyyata təqdim etməli, əsər çap olunmalıdır.

Ceyms ilə Nora bir müddət ayrı qalmağa məcburdurlar. Vidalaşan zaman sevgililər söz verirlər ki, hər gün bir-birlərinə məktub yazsınlar.

Ceyms Dublinə bir aylığına gəlmişdi. Oktyabrın əvvəlində. İşləri uzandığından dekabra qədər burada qalası olur. Əlbəttə, Norasız çətindir...

Elə Nora da. İki aşiq sevgilərini, ehtiraslarını məktublarla ifadə etməliydilər.

Bu məktublar da bütün sevgi məktubları kimi “Əzizim ...”lə başlayırdı. Ardı isə...

Ardını burda yazmaq mümkün deyil, sadəcə.

Blum günü

Coys ucuz otellərdən birində xidmətçi işləyən Nora Barnakal ilə Dublində tanış olmuşdu. Elə küçədəcə. Bütün özündən razı gözəl qızlar kimi o da birinci görüşə gəlməmişdi.

İkinci görüş isə 16 iyun 1904-cü ildə baş tutur. Coyssevərlərə bu tarix tanışdırmı görəsən?

16 iyun 1904-cü il hər il dünyada "Blumsday" kimi qeyd olunur. 16 iyun “Uliss” romanında Leapold Blumun başına gələnlərin bəhs olunduğu həmin o möhtəşəm tarixdi.

Bütün roman baş qəhrəman Blumun bircə gündə (16 iyun 1904-cü il) başına gələnlərdən bəhs edir.

“Uliss” adından da göründüyü kimi Homerin “Odissey” əsərinin dekonstruksiyası idi. Əlbəttə, roman təkcə məşhur yunan əsatiri ilə intertekstuallıq yaratmırdı. Amma biz gəlin elə bununla kifayətlənərək qeyd edək ki, “Uliss”in qəhrəmanı Leapold Blum elə Odisseydir. 40 illik sərgüzəştlərdən sonra öz İtakasına qayıdan Odissey arvadının ona xəyanət edəcəyindən qorxmurdumu? “Uliss” bax odur. Arvadı xəyanət etmiş kişinin bir günlük macərası.

Coys roman üçün Nora ilə görüşdüyü həmin tarixçəni seçmişdi. Kürənsaçlı gözəlçə ilk görüşdəcə öz məharətini göstərir. Yeni sevgililər öpüşürlər. Və Noranın əlləri...

Bu əllər bir daha Coysdan qopmur. Onlar Dublindən qaçırlar. Və yalnız 30 il sonra rəsmi nikaha girsələr də Coysun vəfatına qədər heç vaxt ayrılmırlar.

“Sənə elə şeylər yazıb-demişəm ki, vüqarım imkan verməzdi bunu bir başqa qadına deyim”.
Coys Noranı adətən belə əzizləyirdi: “Azğın gözlü fahişəm”.

Məktubların məzmunundan danışmayaq. Çünki pornoqrafikdirlər. Coys ilə Nora məktublar vasitəsilə sevişirdilər. Bu məktublarda nələr yox idi. Seksual azğınların belə ağıllarına gəlməyəcək fantaziyalar.

Bu cür məktubları bizim dövrümüzdə daha çox virtual məhəbbət aludəçiləri yazarlar. Nəzərə alaq ki, bu məktublar ixtiyari bir virtual məhəbbət sevənin qələmindən deyil, modernizmin atasının qələmindən çıxmışdı.

Yazanda pozğun, həyatda mədəni

“Dublinlilər” çox çətinliklə dərc olundu. Kitab çıxandan sonra vulqar dilinə görə də xeyli qalmaqal yaratdı. “Uliss” də senzura ilə qaşılaşdı. Roman açıq-saçıqlığına görə yazıçının vətəni ilə yanaşı ABŞ-da da qadağan olundu.

Oxucular kitabı ABŞ-a gizli yolla keçirirdilər. 20-ci illərdə Avropada yaşayan Heminquey kitabın Amerikaya keçirilməsində bir neçə dəfə Coysa yardım eləmişdi.

Coys romanlarında nə qədər açıq-saçıq olsa da həyatda çox kübar və alicənab idi. Dostları o mətnləri yazan adamın Coys olmağına təəccüb edirdilər. O, söyüş belə söymürdü.

Noraya məktublarında isə o ağlına gələn hər şeyi yazmışdı. Üç ay boyu yalnız bu pozğun məktublarla ovutmuşdu özünü, ehtirasını söndürmüşdü.

Mənə xəyanət elə!

Coys “Ulis”i yazanda Noranı xəyanətə sövq edir. Yazıçı xəyanətə uğramış Blumsun hisslərini yaşamaq istəyirdi. Nora belə bir “oyun” oynamağa cəhd edir. Elə bu “oyun” da Coysa xəyanətə uğramış ərin portretini yaratmağa bəs edir.

Coys onu təhrik etsə də Nora heç vaxt ərinə xəyanət etməyib. Coys isə Dublində olanda qadınsız dözə bilmir və küçə qadını ilə görüşündən sonra Triestə Nora üçün hədiyyə ilə qayıdır.

Dahi yazıçı siflisə yoluxmuşdu. Coysun bəzi araşdırmaçılarının fikrincə pornoqrafik məktublar da xəstəliyin nəticəsində bu qədər ehtiraslı və azğın alınmışdı. Onlar Nora yoluxmasın deyə sevişmirdilər. Deyəsən, “məktublarda sevişmək” çox uzun sürmür, nə qədər qorunsalar da, sonralar Nora da ərindən sifilisə yoluxur, elə qızları da.

Ceyms Coysun 1909 və 1912-ci illər zamanı Nora Barnakaldan uzaqda olarkən ona yazdığı məktubların üçü 2004-cü ildə hərraca çıxarıldı. Və rekord qiymətə - 445 min dollara satıldı. Məktubu adının gizli saxlanılmasını istəyən şəxsi kolleksiyaçı almışdı.

Son yüz ildə hələ heç bir məktub bu qiymətə satılmamışdı.

MEDİA qəza ilə bağlı çağırış etdi Ofeliya Sənani xəstəxanadan evə buraxıldı Onlar bir serialda baş rolda oynayacaqlar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Yanvar 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see200

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see191

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see186

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see145

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see134

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see130

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see120

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri