Pul maşınını qarət edə bilmədilər, 25 nəfəri girov götürdülər Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Kolumbiyanın Kartagena şəhərindəki “Paseo de la Castellana” ticarət mərkəzində yerləşən “Exito” supermarketinə basqın edən silahlılar 25 nəfəri girov götürüblər.
“Qafqazinfo”nun məlumatına görə, Kolumbiya Prezidenti Abelardo De La Espriella bildirib ki, silahlı şəxslər ticarət mərkəzindən pul daşıyan maşını qarət etməyə cəhd göstərib.
Təhlükəsizlik kameraları vasitəsilə soyğun cəhdi aşkarlandıqdan və polis əraziyə gəldikdən sonra hücumçular supermarketə girərək 30 nəfəri girov götürüblər. Onlardan beşi - yaşlı qadınlar artıq sərbəst buraxılıb.
Görüntülərdə uzun lüləli silahlar, gülləkeçirməz jiletlər və dəbilqələrlə olan hücumçuların əlləri bağlı girovları pəncərə önündə oturmağa məcbur etdikləri görünür. Yerli media silahlıların girovların azad edilməsi üçün 7 milyon Kolumbiya pesosu (təxminən 2 milyon dollar) tələb etdiyini yazır.
Hadisə yerinə Kolumbiya dəniz piyadaları, xüsusi təyinatlılar, snayperlər və helikopter cəlb olunub, ərazidə partlayıcı maddələr yoxlanılır. Təhlükəsizlik səbəbindən Kartagenadakı Rafael Nunez Beynəlxalq Hava Limanı təxminən bir saatlıq enişlərə bağlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 25 Noyabr 2026 03:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















