Icma.az
close
up
RU
Arvadının təkidi ilə seçkiyə gedən prezident Böyük Manipulyator

Arvadının təkidi ilə seçkiyə gedən prezident Böyük Manipulyator

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Əvvəlki yazı

Böyük Manipulyator

29-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

SAN-LUİ-DÖ-QONZAQIN KÖLGƏSİNDƏ

Beləliklə, bu Makronlar cütlüyü Yelisey sarayına gəlməmişdən xeyli əvvəl belə müxtəlif şəbəkələrdən intensiv şəkildə istifadə edirdi. 2007-ci ildə nikah kəsdirəndən bəri Parisin 15-ci rayonundakı mənzillərində, Emmanuel ilə Brijit lazımlı adamları tez-tez evlərinə şam yeməyinə dəvət edirlər. Parisin 16-cı rayonunda, adlı-sanlı katolik təmayüllü San-Lui-dö-Qonzaq liseyində Fransız dilindən dərs deyən Brijit Makron, ərinin istifadəsi üçün şəxsi telefon kitabçasını yüksək vəzifəli və rütbəli şəxslərin nömrələri ilə doldurur. Benjamin Franklin küçəsində yerləşən, hamının “Franklin” adlandırdığı, Yezuitlər tərəfindən idarə olunan bu lisey sosial müxtəlifliyin məbədidir. Bir vaxtlar indiki İqtisadiyyat naziri Brüno Lö Merin anası Vivian Fradan dö Belabr tərəfindən idarə edilən bu təhsil ocağında, əsasən Paris burjuaziyasının uşaqları təhsil alır.

Brüno Lö Mer özü də Fransa Bankının indiki direktoru Villeroy dö Qalo da bu liseydə oxuyublar. Keçmiş Baş nazir Villpəntin uşaqları, eləcə də keçmiş Baş nazir Balladürün nəvələri də hal-hazırda bu liseydə təhsil alırlar. Paris burjuaziyasının övladlarının oxuduğu katolik təmayüllü bu təhsil ocağı, əsli Amiən şəhərindən olan, özü də burjua ailəsindən çıxmış Brijit Makrona tam uyğun gəlir. Gələcək birinci xanım siyasi ideyalarını heç kimdən gizlətmir və harada gəldi deyir ki, 2007 və 2017-ci illərdə prezident seçkiləri zamanı o, Nikola Sarkoziyə səs verib. Emmanuel də arvadından geri qalmır. Brijit Franklin küçəsindəki San-Lui-dö-Qonzaq liseyinə müəllim düzələndən bir il sonra o, Rotşild müəssisəsində investisiya bankiri təyin olunur. Fransız kapitalizminin döyünən ürəyi plan bu bank David dö Rotşild tərəfindən idarə olunur. Bu sonuncunun telefon kitabçası sağçılar partiyasının üzdə olan adamlarının nömrələri ilə doludur. Parisin 8-ci rayonunda, Monso parkının iki addımlığındakı Messin prospektində yerləşən bu nüfuzlu bank İngilis klubuna oxşayır – orda nadir hallarda qadın görə bilərsən.

Məhz elə o zaman Makron cütlüyü Avropanın ən varlı iş adamı – qlobal LVMH lüks liderinin və Carrefour qrupunun sahibi Bernard Arno ilə tanış olur. Franklin küçəsindəki məktəbdə, Brijit milyarder Arnonun üç oğluna – Aleksandra, Frederikə və Jana Fransız dili dərsi deyir. “Brijit əvəzolunmaz bir müəllimdir”, – deyə uşaqlarının dərsləri ilə ciddi şəkildə maraqlanan Bernard Arno hər yerdə Emmanuel Makronun arvadını ağız dolusu tərifləyir. Fransa milyonerlərinin dünyası kiçik bir dünyadır – hamı bir-birini yaxşı tanıyır. Ona görə də təbii olaraq, Bernard Arnonun uşaqlarının əvəzolunmaz Fransız dili müəlliməsinin sayəsində, onun əri Emmanuel Makron tezliklə Avropanın bu ən məşhur və ən güclü milyarderi ilə tanış olur. Onu da qeyd edək ki, Bernard Arno Rotşild bankının sahibi David dö Rotşild ilə yaxın dostdur. Bundan başqa, Bernard Arno hansı siyasi partiyanı dəstəkləməyini heç vaxt və heç kimdən gizlətməyib. O, həmişə sağçılara səs verib və həm də Nikola Sarkozinin Sesiliya ilə toyunda, Martin Buyq (Fransız milyarderi, Buyq Telekom şirkətinin rəhbəri) ilə birlikdə onların şahidi olub. Tanışlıq zamanı gənc Emmanuel Makron özünü milyarderə sevdirə bilir.

HAKİMİYYƏTƏ AŞİQ OLANLAR

“Emmanuel Makronu başa düşmək üçün başlıca şərt onun arvadı Brijitdir. Bu qadının ərinin yanında xüsusi və çox mühüm bir rolu var...”, – bu sözləri 2014-cü ildə gənc maliyyə müfətt işini neçə illər əvvəl tanıyan, biznes sahəsində əvəzsiz məsləhətçi sayılan Alan Mink deyir. O zamanlar Brijit Makronun, ərinin siyasi karyerasında nə qədər əhəmiyyət kəsb etdiyini yalnız onları çox yaxından tanıyan adamlar bilirdi. 2014-cü ilin yayında Alan Minkin evində təşkil olunan şam yeməyi zamanı Fransanın gələcək birinci xanımı stol arxasındakılara müraciətlə deyir ki: “Mənim ərim prezidentliyə namizədliyini 2017- ci ildə verməlidir...”. Stol arxasında oturanların bir çoxu ona məsləhət görür ki, yaxşısı budur Emmanuel 2022-ci ili gözləsin, çünki hələ çox gəncdir. “...yox biz 2022-ci ilə qədər gözləyə bilmərik. Çünki bizdə böyük problem var. O problem də mənəm, mənim sir-sifətimdi... Ona görə də biz tələsməliyik”, – deyə gələcək birinci xanım qətiyyətlə cavab verir. Brijit ilə Emmanuel həm emosional tərəfdən bir-birinə bağlıdırlar, həm də siyasi tərəfdən. Onlar hakimiyyət cütlüyüdürlər. Onlar birlikdə siyasi mövzuları müzakirə edir, fikir mübadiləsi aparır və bir-birinə məsləhət verirlər. Elə olub ki, onlar bütün gecəni səhərə qədər yatmayıb ölkədəki sosial təminat problemini müzakirə ediblər. Amma Emmanuel Makron diqqət mərkəzində olanda, həyat yoldaşı çalışır ki, ona kölgə salmasın. Belə anlarda Brijit arxa planda qalmağı üstün tutur. Hələ əvvəllər əyalətdə – Amiyən şəhərindəki liseydə, Brijit Emmanuelin dram müəllimi olanda ona həmişə baş rollar verirdi. Mediadan və siyasi arenadan kənar işlərdə Brijit yalnız ərini bir həyat yoldaşı kimi dəstəkləyir... İqtisadiyyat Nazirliyində Brijit nazir ərinin professional həyatında yaxından iştirak edir. Ancaq nazir Times qəzetinə müsahibəsində qeyd edir ki, “həyat yoldaşım nazirlikdən maaş almır. Onun İqtisadiyyat Nazirliyində heç bir rəsmi funksiyası yoxdur”. Makronun ətrafındakılar da mətbuatda bir ağızdan deyirlər ki: “düzdür, nazirin arvadı rəsmi iclaslarda iştirak edir, ancaq sadəcə olaraq ərinin gündəlik iş cədvəlini daha yaxşı idarə etmək üçün...”. Əslində isə hər şey tərsinədir. Brijit Makron İqtisadiyyat Nazirliyində hər şeyə burnunu soxur, hər işə qarışır, hər məsələ barəsində öz fikrini bildirir: kimi hansı vəzifəyə götürmək lazımdır, kimi hansı işdən uzaqlaşdırmaq lazımdır... o, hətta siyasi və iqtisadi strategiya ilə bağlı da öz fi kirlərini deməkdən çəkinmir. İqtisadiyyat naziri Makron istefa verib-verməmək haqqında götür-qoy edəndə, ətrafındakılara deyir: “Heç bilmirəm istefa verim, ya yox? Görəsən, altı aydan sonra prezident seçilə bilərəm? Deyirəm, bəlkə, hələ tezdir... heç indi istefa verməyim... 2022 ci ili gözləyim?..”. O vaxt Brijit onu dilə tutur ki, hökmən 2017-ci ildəki prezident seçkilərinə namizədliyini irəli sürsün. Gələcək birinci xanım medianın ərinə təzyiqini, ona olunan şəxsi və siyasi hücumları o qədər də vecinə almır. Onların yaxın dostlarından biri etiraf edir ki, “bu ər-arvad sözün əsl mənasında hakimiyyətə aşiqdirlər”.

Ardı var...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Aprel 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see242

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see223

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see210

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see198

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see188

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Sədərəkdə yarım qalan işləri tamamlamaq üçün 7,6 milyon xərclənəcək

10 Dekabr 2025 20:00see138

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see133

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri