Icma.az
close
up
RU
Arvadının telefonunda yad kişiyə aid fotoşəkil tapdı və…

Arvadının telefonunda yad kişiyə aid fotoşəkil tapdı və…

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Bakı Apellyasiya Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməyə cəhddə təqsirləndirilən Cabbar Quluzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 06 yanvar 2025-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən evlərin birinin həyətində qeydə alınıb.
 

Belə ki, Cabbar Quluzadə arvadı, 2000-ci il təvəllüdlü, zərərçəkmiş Fəridə Quluzadə (adı, soyadı şərtidir) ilə ailə münasibətləri zəminində aralarında mübahisə yaranıb. Bu zaman o, xüsusilə ağır cinayət əməlinə yol verib.


Müəyyən edilib ki, təqsirləndirilən şəxs arvadının mobil telefonunda yad kişiyə aid fotoşəkil görüntüsünü aşkar edib. Sonra Cabbar bundan hiddətlənərək ondan qisas almaq və qəsdən öldürmək qərarına gəlib. Bu niyyətlə üzərində gəzdirdiyi bıçaqla qadına yaxın qohumlarının, birgə nikahdan doğulmuş azyaşlı övladının, eləcə də arvadının bacısının gözü qarşısında qəflətən hücum edib. Cabbar mətbəx bıçağı ilə Fəridəyə ardıcıl zərbələr endirib. Nəticədə təqsirləndirilən şəxs zərərçəkmişə həyat üçün təhlükəli olan ağır xəsarətlər yetirib. Bu xəsarətlər ölümlə birbaşa səbəbli əlaqədə olan, həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.
Cinayətin başa çatdırılmasına arvadının bacısının vaxtında müdaxiləsi mane olub.
Eyni zamanda zərərçəkmiş şəxs dərhal xəstəxanaya çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub. Bu səbəbdən Cabbar qəsdən etdiyi cinayətkar niyyətini öz iradəsindən asılı olmayan hallara görə sona çatdıra bilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin (CM) 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələrində nəzərdə tutulan cinayətini törətməkdə təqsirli bilinib. 
Məhkəmənin hökmü ilə Cabbar Quluzadəyə 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, hökmünün ləğv edilməsini, iş üzrə təkrar məhkəmə-psixiatrik və nevroloji ekspertiza təyin edilməsini, hadisənin subyektiv tərəfi və psixoloji vəziyyət elmi əsaslarla qiymətləndirilməsini, onun əməlinin CM-nin 122-ci maddəsinə tövsif edilməsini, bu mümkün olmadığı halda CM-nin 126.1 maddəsinə tövsif edilməsini, ədalətli qərar qəbul edilməsini xahiş edib. (Pravda.az)
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Fevral 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see212

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see191

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see178

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see178

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see171

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see167

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see164

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see154

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see146

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri