Icma.az
close
up
RU
“Arxasız komissarların qənimi” Mürsəl İbrahimov və “X5 Kənan”ın topdağıtmaz sərvəti

“Arxasız komissarların qənimi” Mürsəl İbrahimov və “X5 Kənan”ın topdağıtmaz sərvəti

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Mürsəl İbrahimovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi təyin ediləndən sonra bu qurumda ciddi dəyişikliklərin baş verdiyi göz önündədir. Ədalət naminə qeyd etmək lazımdır ki, Mürsəl İbrahimovun SHXÇDX-nin rəisi təyin edilməsindən sonra bu qurumda ciddi qanun pozuntuları aşkarlanıb, xeyli sayda Xidmət əməkdaşı məsuliyyətə cəlb edilib. Hərbi xidmətdən yayınan  bir çox şəxsin aşkarlanması, onların xidmətə cəlb edilməsi təmin olunub. Rüşvət və korrupsiyaya yol verən şəxslərin Xidmətdən uzaqlaşdırılması və məhkəmə qarşısına çıxarılması da Mürsəl İbrahimovun adına yazılan müsbət yeniliklərdir.

Lakin zaman ötdükcə məlum olur ki, Mürsəl İbrahimov sadəcə arxasız komissarların qənimidir. Əgər belə olmasaydı, onda ucqar rayonlarda qanun pozunusuna yol verən komissarların bəd əməlləri haqqında anındaca xəbər tutan Mürsəl İbrahimov, “qulağının dibində” – Bakının Nərimanov rayonunda baş verənlərlə bağlı da hansısa tədbir görərdi.

Bilməyənlər üçün deyək ki, SHXÇDX-nin Nərimanov rayon idarəsi yol verdiyi qanunsuzluqların  miqyasına görə liderdir. Bu idarənin rəisi olan və “X5 Kənan” adlı ilə tanınan şəxs, səfərbərlik xidmətində işlədiyi müddət ərzində milyonlarla manat məbləğində qanunsuz vəsait qazanıb, külli miqdarda pula sahiblənib. SHXÇDX-nin Nərimanov rayon idarəsinin rəisinin özünə və ailə üzvlərinə məxsus avtomobillərin ümumi dəyərinin yarım milyon manatdan çox olması faktı bunu təsdiqləyir. Şəhər və şəhərətrafı ərazilərdə çoxsaylı bahalı villaya, elit həyat tərzinə malik olan “X5 Kənan” paytaxtın ən bahalı restoranların və brend mağazaların daimi müştərisidir.

“X5 Kənan” SHXÇDX-də ən toxunulmaz şəxslərdən biri hesab edilir. Buna səbəb isə adıçəkilən şəxsin ölkədəki bəzi məşhur genarallarla qohum olmasıdır.

İndi Mürsəl İbrahimovdan soruşuruq: Tabeçiliyindəki şəxsin sahib olduğu bu qədər böyük var-dövlətin mənbəyini niyə araşdırmır? Axı uşaq da bilir ki, ayda 800-1000 manatlıq əmək haqqı ilə dəyəri 150 min dollar olan avtomobul sürmək, mühafizəçilər saxlamaq, xaricə tez-tez səyahət etmək, qiymtələri dodaq uçurdan restoranlarda yeyib-içmək mümkün deyil.

Daha bir sual: SHXÇDX-də çalışa-çalışa həm də böyk biznes quran “X5 Kənan” bu biznes üçün gərəkən pulu haradan alıb? Niyə minlərlə çağırışçının xidmətdən yayındığı Nərimanov rayonunda SHXÇDX-i bununla bağlı bir dənə də olsun fakt aşkarlaya bilməyib? Bir də ay Mürsəl İbrahimov, 5-10 min manata görə 5-10 il həbs alan şəxslərlə müqayisədə 100 min manatlarla vəsaiti noğul kimi diri udan “X5 Kənan”ın məsuliyyətdən kənarda qalması hansı məntiqə, hansı qanuna sığır? Belə yarımçıq ədalət kimə lazımdır?

Hurriyyet.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Dekabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see316

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see171

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see128

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see122

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri