Icma.az
close
up
RU
“Öz oyunumuzdan, yolumuzdan dönməyəcəyik” Tahir Gözel

“Öz oyunumuzdan, yolumuzdan dönməyəcəyik” Tahir Gözel

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Öz oyunumuzdan, yolumuzdan dönməyəcəyik” - Tahir Gözel

"Qarabağ"ın prezidenti Tahir Gözel klubun saytına açıqlama verib.

QOL.az-ın məlumatına görə, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunun “Liverpul”la oyununa, Ağdam təmsilçisinin pley-offa vəsiqə qazanmasına və püşkatmanın nəticəsinə münasibət bildirib:

“Komandamız Azərbaycan futbolunda daha bir ilki gerçəkləşdirdi. Bu uğur Liqa mərhələsinin “Liverpul”la “Enfild Roud”dakı ağır qarşılaşmadan sonra rəsmiləşdi. “Qarabağ”ın son turun nəticələrindən sonra ilk “24-lük”də yer alması Azərbaycan futbolu üçün tarixi nəticədir. Bu, təsadüf deyil, uzun illərin zəhmətinin, səbrin və sistemli işin nəticəsidir. “Liverpul”la oyun ağır keçdi. Bu, hamımız üçün aydındır və tamamilə normaldır. Futbolun səviyyəsi artdıqca çətinliklər də artır. Dünyanın ən güclü komandaları belə bəzən istədiyi nəticəni əldə edə bilmir. Ona görə də bu oyunu faciə kimi yox, yolumuzun üzərində dəyərli bir təcrübə kimi qəbul edirik”.

Tahir Gözel tarixi uğurla yanaşı, bütün ölkə tərəfindən inam və dəstəyin olmasını da qeyd edib: “Əsas məsələ isə budur ki, “Qarabağ” növbəti dəfə tarix yazdı. “Liverpul”a böyükhesablı məğlubiyyətə baxmayaraq, növbəti mərhələyə vəsiqəni təmin etdik. Sanki bu məqamda ilahi bir toxunuş, ilahi bir nəzər bizə dəstək oldu, əməyimizi bərəkətləndirdi. Mənim üçün bu uğurun ən qiymətli tərəfi xalqımızın komandaya olan inamını qorumasıdır. Nəticədən asılı olmayaraq, bütün ölkənin “Qarabağ”ın yanında olması böyük mənəvi gücdür. Aldığımız saysız-hesabsız dəstək mesajları bunun ən bariz göstəricisidir. Hər kəs anlayır ki, bu səviyyəyə yüksəlmək nə qədər çətindir. Qarşımızda dayanan klublar böyük tarixə, geniş maliyyə imkanlarına və illərlə formalaşmış futbol mədəniyyətinə sahibdir. Amma “Qarabağ” bu səviyyədə yalnız nəticə ilə deyil, duruşu ilə də öz yerini təsdiqlədi”.

Klubumuzun prezidenti “Enfild Roud”dakı matçın ən dəyərli məqamlarına da toxunub: “İngiltərədə, oyunun 44-cü dəqiqəsində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarının səslənməsi, bayrağımızın tribunada dalğalanması bir daha göstərdi ki, biz təkcə bir futbol klubu deyilik. Biz bir xalqın səsini, ruhunu və kimliyini təmsil edirik. Dünya bunu gördü və artıq “Qarabağ”a başqa gözlə baxır.

“Qarabağ” bu missiyanı davam etdirir, dayanmır və dayanmayacaq. Qurban Qurbanov tarixi şəxsiyyətdir. “Qarabağ” - dəyərlərə malik, adına layiq olan, təmiz və böyük bir ailədir”.

Tahir Gözel azarkeşlərə və futbol ictimaiyyətinə təşəkkürünü də çatdırıb: “Bu yolda bizə inanan, dəstəyini əsirgəməyən hər kəsə minnətdaram. Bu uğur təkcə klubun yox, bütün Azərbaycanın uğurudur. Qarşıda bizi daha çətin, amma bir o qədər də məsuliyyətli mərhələ gözləyir. Əmin ola bilərsiniz ki, “Qarabağ” bundan sonra da ölkəmizi Avropada ləyaqətlə təmsil etmək üçün bütün gücünü ortaya qoyacaq”.

"Qarabağ"ın prezidenti pley-off mərhələsinin bu gün keçirilən püşkatmasına da münasibət bildirib: “Avropanın ən nüfuzlu klub turnirində pley-off mərhələsinə yüksəlmək hər klubun arzusudur və bu mərhələ artıq təkcə futbol yox, xarakter, inam və ruh mübarizəsidir. Çempionlar Liqasında yoluna davam edən komandaların hər biri zirvəni hədəfləyir. "Böyük beşlik" liqasını təmsil edən komanda ilə qarşılaşmaq həm məsuliyyət, həm də böyük qürurdur. İngiltərənin "Nyukasl Yunayted" klubunun ölkəmizə gəlməsi Azərbaycan futbolu üçün bayramdır, tribunalar üçün həyəcan, gənclər üçün isə ilham mənbəyidir. Azarkeşlərimizin qarşısında Çempionlar Liqasının əsl ab-havasını yaşadacağımıza ürəkdən sevinirəm. Bu mərhələdə də meydanda son saniyəyədək mübarizə aparacağıq. Öz oyunumuzdan, yolumuzdan dönməyəcəyik. Əzmimizlə, xarakterimizlə, birlik ruhumuzla Azərbaycan futbolsevərlərinə unudulmaz anlar bəxş etmək istəyirik. Komandama inamım sonsuzdur. Əminəm ki, futbolçularımız hər iki oyunda sonadək döyüşəcək, heç bir rəqibdən çəkinmədiklərini, bu səviyyəyə layiq olduqlarını və Azərbaycanın futbol xəritəsində artıq söz sahibi olduğunu bütün Avropaya bir daha göstərəcəklər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://qol.az
archiveBu xəbər 30 Yanvar 2026 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri