Icma.az
close
up
RU
“Arxayındırlar ki, xalqı əzaba düçar etdiklərinə görə cəza almayacaqlar”

“Arxayındırlar ki, xalqı əzaba düçar etdiklərinə görə cəza almayacaqlar”

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Təkcə Bakıda deyil, respublikanın digər rayonlarında da bayram günlərində qaz olmadı. Təsəvvür edin, bayram günü Ağsu rayonunda qaz və işıq olmadığına görə insanlar nə qədər narahatlıq keçirir, bir-birilərinə zəng edirdilər. Bu, çox ciddi məsələdir.
“Azəriqaz”ın Mətbuat xidməti yalnız smart tipli sayğacların yüklənilməsi imkanının olmadığını və bunun üzərində iş getdiyi, yoluna qoyulacağı barədə məlumat verdi. Bundan artığına rast gəlmədim.
Nə üçün qaz olmadı? Bu, başqa bir dərddir. Sosial şəbəkələrdə yazırlar ki, “Azəriqaz” deyib,  bayram günləridir, istirahət edirlər. Bu qurum xidməti sahə ilə məşğuldur. 24 saat ərzində işləyir. Növbəlilik qaydası var. Ola bilməz ki, əhaliyə xidmət göstərməsin. Bayram günlərində insanları qaranlıqda, istiliksiz saxlamaq nə deməkdir? İnsanların əsəbi ilə oynayırlar”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.
“Yadlarına düşmür ki, XXI əsrdir, Azərbaycan qaz, elektrik enerjisi ölkəsidir. Yaponiyada şirkət bir neçə qəpik ziyan vurmuşdu, bütün kollektiv, direktor başda olmaqla, canlı efir vasitəsilə xalqdan üzr istədi.
Başqa bir şirkət isə nöqsana yol verdiyinə, qiymət artımı olduğuna görə üzr istədi, kollektiv istefa verdi. Görün nə qədər yüksək mədəniyyət var, xalqın qayğısına qalırlar. Bizdə isə heç kim məsuliyyət daşımır, çünki cəzalanacaqlarını düşünmürlər. Nəticədə, belə hadisələr baş verir.
Əslində isə ən azı “Azəriqaz”ın sədri, yaxud qurumun Mətbuat xidməti bununla bağlı açıqlama verməli idi. Hətta bildiyimə görə, jurnalistlər qurumun özbaşınalığı ilə bağlı çoxsaylı sorğu ünvanlayıblar. Onlara da cavab verilməyib.
Hiss olunur ki, son dövrlər, xüsusilə, “Azəriqaz”la bağlı ciddi irad və tənqidlər var. Bunların nəyə arxayın olduqlarını bilmirəm. Ancaq bundan arxayındırlar ki, intizamsızlıqlarına, xalqı əzaba düçar etdiklərinə görə cəza almayacaqlar. Başqa bir şey düşünə bilmirəm. Maraqlıdır, bir də görürsən ki, abonentin az miqdarda borcu var. Onun sayğacını bağlayırlar, qazdan məhrum edirlər, abonent çətinlik çəkir. Özləri isə yüz min insanın qazını verməyəndə heç bir məsuliyyət daşımırlar. Heç narahatlıq da keçirmirlər. Bu məsələni yoluna qoymaq lazımdır. Bu dövlət xalqdan, millətdən ötrüdür. Hökumət bu işlərlə məşğul olmalıdır. Adam özünü ağır söz deməkdən güclə saxlayır. İşləyə bilmirsiniz, işləyə bilənə verin. Bunların üzərində nəzarət həyata keçirən müvafiq orqanlar məsələyə aydınlıq gətirməlidirlər”, - T.Kərimli bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 05 Yanvar 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri