Icma.az
close
up
RU
Arxeoloqlar əjdaha adam kəlləsinin sirrini nəhayət açdı

Arxeoloqlar əjdaha adam kəlləsinin sirrini nəhayət açdı

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Elm adamları müasir genetik və zülal analizləri vasitəsilə uzun illərdir kimə aid olduğu müəmmalı qalan "əjdaha adam”ın kəlləsinin mənşəyini müəyyən ediblər. 

Qaynarinfo-nun "Interesting Engineering” portalına istinadən məlumatına görə, aparılan yeni tədqiqatlar sübut edib ki, bu kəllə denisovlu insana aiddir. Bu tapıntı alimlərə qədim insan növünün görünüşünü daha dəqiq şəkildə bərpa etməyə imkan verib.

Bu fosil ilk dəfə 1933-cü ildə Yaponiyanın bölgəni işğal etdiyi dövrdə Çinin şimal-şərqində yerləşən Xarbin şəhərində körpü inşaatı zamanı bir fəhlə tərəfindən aşkar edilib. Kəlləni quyunun dibində gizlədən fəhlə, ölümündən az əvvəl ailəsinə bu sirri açıb və ailə onu "Hebei GEO" Universitetinə təhvil verib. Kəllədə hələ də bir üst diş salamat vəziyyətdə qalıb.

Alimlər kəlləni ilk dəfə 2021-ci ildə elmi cəmiyyətə təqdim etmiş, onun yaşını ən azı 146 min il olaraq qiymətləndirmiş və "Homo longi" – tapıntının aşkarlandığı Qara Əjdaha çayı (Heylunszyan) əyalətinin adından ilhamlanaraq – adlandırmışdılar.

Kəllənin uzun və alçaq quruluşu, iri qaşüstü çıxıntıları və enli göz yuvaları onu hər hansı məlum qədim insan növü ilə əlaqələndirməyi çətinləşdirirdi. Bəzi mütəxəssislər bunun denisovlu insana aid olduğunu ehtimal etsə də, digərləri onun Asiyanın şərqində yaşamış az öyrənilmiş qədim homininlərdən biri olduğunu düşünürdü.

Son günlərdə Çin Elmlər Akademiyasının Pekindəki Paleontologiya və Paleoantropologiya İnstitutunun alimləri, kəllənin diş daşından genetik material çıxarmağa cəhd göstəriblər. Diş daşı minillərlə DNT-ni qoruma qabiliyyətinə malikdir. Hərçənd nüvə DNT-sini çıxarmaq mümkün olmasa da, tədqiqatçılar ana xətti ilə keçən mitoxondrial DNT aşkar ediblər. Bu DNT, Sibirdə tapılmış və 217–106 min il əvvələ aid denisovluların genetik materialı ilə üst-üstə düşüb.

Bundan əlavə, alimlər kəllənin daxili qulağında yerləşən və qədim zülalların qorunduğu sümüklər üzərində proteom analiz aparıblar. Əldə olunan zülal ardıcıllıqları müasir insan, neandertal, denisovlu və insanabənzər primatlarla müqayisə olunub və nəticələr bir daha bu kəllənin denisovlu insana məxsus olduğunu göstərib.

Tədqiqatçılar yazırlar: "Artıq bizim denisovlu populyasiyalar üçün tam morfoloji təsvirimiz var. Bu da son onillikdə cavabsız qalan – denisovlular necə görünürdü – sualına aydınlıq gətirir”.

Əgər bu "əjdaha adam” tipik bir denisovludursa, o zaman bu növ güclü, qalınbədənli, iri qaşüstü çıxıntılara malik və beyin ölçüsü müasir insan və neandertallar qədər olan, lakin dişləri daha böyük bir canlı olub.

Yeni məlumatlar həm də denisovluların yaşayış arealı və görünüşü haqqında təsəvvürləri dəyişir. Əvvəllər bu növ əsasən Sibirdəki Denisova mağarası ilə əlaqələndirilsə də, indi sübut olunub ki, onlar həm də Çinin şimalında yaşayıb və Tayvan ətrafı daxil olmaqla Asiyanın digər bölgələrinə qədər yayılmış ola bilərlər.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 İyun 2025 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see392

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see284

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see251

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see245

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see240

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see238

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see237

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see235

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see226

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see221

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see219

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see213

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see211

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see203

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see200

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see198

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see194

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see192

Danimarka XİN: Qrenlandiya üzrə ABŞ lə razılaşmada suverenlik qorunub

21 Sentyabr 2026 03:02see188

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri