Icma.az
close
up
RU
Arxeoloqlar Zəfər Gününü müharibə iştirakçıları ilə qeyd ediblər

Arxeoloqlar Zəfər Gününü müharibə iştirakçıları ilə qeyd ediblər

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunda xalqımızın şanlı tarixinin ən parlaq səhifələrindən biri olan 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbiri açan institutun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun altı il əvvəl qazandığı möhtəşəm tarixi Qələbədən danışıb. Fərhad Quliyev vurğulayıb ki, otuz ilə yaxın davam edən işğala son qoyulması, doğma torpaqlarımızın azad edilməsi və xalqımızın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin Zəfərlə nəticələnməsi Azərbaycan tarixinin ən şərəfli və taleyüklü hadisələrindən biridir. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyəti yalnız torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə məhdudlaşmır. Bu möhtəşəm Zəfər Azərbaycan xalqının sarsılmaz iradəsini, milli birliyini, dövlətimizin siyasi və hərbi qüdrətini bütün dünyaya nümayiş etdirib. “İlk növbədə, Azərbaycan xalqının və dövlətinin nüfuzu dünya meydanında müqayisəedilməz dərəcədə yüksəldi, dövlətimizin regionda yeganə aparıcı bir qüvvə mərkəzi statusunu təsbit etdi. Bütün dünya Azərbaycan xalqının qəhrəmanlığı və Azərbaycan dövlətinin gücünü qəbul etmək məcburiyyətində qaldı”, – deyə Fərhad Quliyev vurğulayıb.

Daha sonra Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı, ehtiyatda olan polkovnik, institutun Mülki müdafiə qərargahının rəisi Aqil Seyidov çıxış edib. Özünün şərəfli döyüş yolundan bəhs edən Aqil Seyidov Birinci və İkinci Qarabağ müharibələri dövründə Azərbaycan Ordusunun vəziyyətini, şəxsi heyətin hərbi-peşəkar hazırlığını, siyasi və mənəvi-psixoloji ruhunu müqayisəli şəkildə təhlil edib. O bildirib ki, İkinci Qarabağ müharibəsində əldə edilən parlaq Qələbə təsadüfi olmayıb. Bu Zəfər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının və həmin siyasəti qətiyyətlə davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü fəaliyyətin, siyasi iradənin və prinsipial mövqeyin məntiqi nəticəsidir. Aqil Seyidov vurğulayıb ki, Vətən müharibəsi Azərbaycan Ordusunun dünyanın ən qabaqcıl orduları səviyyəsinə yüksəldiyini, onun yüksək döyüş hazırlığına, peşəkarlığa, müasir hərbi imkanlara və sarsılmaz mənəvi ruha malik olduğunu bütün dünyaya nümayiş etdirib.

İnstitutun Həmkarlar Təşkilatının sədri Faiq Babayev xalqımızın tarixi Qələbəsinə və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi “Salam, Zəfər tağı!” şeirini səsləndirib. Şanlı Zəfərimizin altıncı ildönümünə həsr olunmuş tədbir Azərbaycan xalqının qəhrəmanlıq tarixinə, Vətən uğrunda fədakarlıq göstərmiş igidlərimizin xatirəsinə dərin ehtiram və milli qürur ruhunda başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see379

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see352

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see340

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see300

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see284

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see266

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see254

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see253

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see250

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see234

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see233

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see233

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see223

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see220

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see218

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see201

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see200

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see198

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri