Baş məşqçi açıqladı: “Komandamız Xankəndiyə köçəcək”
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Oyuna yaxşı hazırlaşmışdıq. Rəqib güclü komandadır və oyun çox ağır keçdi".
"Yeni Sabah" xəbər verir ki, bunu I Liqanın VIII turu çərçivəsində keçirilən "Xankəndi" - "Karvan-Yevlax" qarşılaşmasından sonra Xankəndi təmsilçisinin baş məşqçisi Röyal Nəcəfov deyib.
O bildirib ki, bu gün fərdi səhvlərdən qol buraxıblar: ShopByBro
"Ümumilikdə futbolçularıma göstərdikləri mübarizəyə görə təşəkkür edirəm. Xankəndi yüksəklikdə yerləşdiyi üçün istər-istəməz oyunçulara təsir edir. Biz rəqibdən daha əvvəl burada olduğumuz üçün bizə daha az təsir etdi. Rəqib yenidən Premyer Liqaya qayıtmaq üçün mübarizə aparan komandadır. Bizim komandada futbolçuların birlikdə yanlış təlim-məşq toplanışı keçməsi komandaya 60-70 dəqiqədən sonra ciddi təsir göstərir. Ehtiyat oyunçularımız da kasad olduğu üçün daha yaxşı dəyişikliklər edə bilmədik.
Bu komandada ən böyük problem oyun stili bir-birinə oxşar futbolçuların çoxluğudur. Qış transfer pəncərəsində yeni oyunçuların komandaya gəlməsinə ümid edirik. Bizim əsas məqsədimiz komandanın buraya, yəni Xankəndiyə köçməsidir. Rəhbərlik də bu yöndə işlər görür", - deyə baş məşqçi qeyd edib.
Qeyd edək ki, Xankəndi şəhər stadionunda ilk dəfə keçirilən çempionat oyunu "Karvan-Yevlax"ın 0:2 hesablı qələbəsi ilə başa çatıb./Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 19 Noyabr 2026 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















