Icma.az
close
up
RU
Arzuları göyərdən məktəb yolları

Arzuları göyərdən məktəb yolları

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hər il sentyabrın 1-i gələndə elə bilirəm yenə səhər məktəbə gedəcəyəm... Sonra istər-istəməz məktəb illərini xatırlayıram. Doğrusu, o illər mənim üçün o qədər də rahat olmayıb. Kəndimizdə məktəb olmadığından orta təhsilimi bitirənədək 3 təhsil ocağında oxumuşam. O qədər sinif yoldaşım olub ki, indi kiminlə hansı məktəbdə oxuduğumu dolaşıq salıram. Bu 3 məktəb uşaqlığımın unudulmaz ünvanlarıdır. Müəllimlərim, şagird yoldaşlarım, sinif jurnalına və dəftərlərimə yazılan “5”-lər ürəyimdə yaşayır...

Birinci sinifdə oxuyurdum. Qış tətilinə az qalmışdı. Amma şaxta, qar qışdan əvvəl gəlmişdi. Əynimə böyük qardaşımın köhnə paltosunu geyinmişdim. Palto mənə çox gen idi. Əllərimi paltonun ciblərinə qoymaq istəyirdim, çünki barmaqlarım şaxtadan sızıldayırdı. Fəqət qalın parçadan tikilmiş torbaya oxşayan “məktəbli çantamı”n ipi qırıldığına görə onu çiynimdən aşıra bilmirdim. Ayaqlarımı qabaqda gedən yuxarı sinif yoldaşlarımın ləpirlərinə qoyurdum ki, qırov barmaqlarımı keyitməsin. Qonşu Hacıuşağı kəndinə isə hələ xeyli vardı.

Bilirdim ki, torpaq örtüklü, divarlarına göy şirə çəkilmiş sinif otağımız indi əməlli-başlı istidi. Yəqin Şahmurad müəllim orada jurnala qeydlər edə-edə bizi gözləyir. O, bizi görən kimi irəli çıxıb “bir hadisə olmayıb ki?” - deyə soruşur. Sonra sobanın yanına düzüb isinməyimizi gözləyir. Arada məndən soruşur ki, Səməd, yay gözəldi, yoxsa payız? Gözlənilməz sualdan özümü itirirəm. Ürəyimdə Allaha yalvarıram ki, barmaqlarımın ucundakı gizilti tezliklə ötüb keçsin.

Müəllim mənim cavabımı gözləmədən deyir:

– Bütün fəsillər gözəldir. Ancaq gərək fəslin gözəlliyini duyasan...

Mən ibtidai təhsilimi o məktəbdə başa vurub, sonra rayon mərkəzinə getdim... Sonra 4 il təhsil aldığım Ağsu şəhərindəki məktəbə getmişdim. Uşaqlıq arzularımın qanad açdığı məktəbin sinif otaqlarında, həyətində, sanki, uçurdum. Elə bil yuxudaydım. Gördüklərimin yuxu olmadığını bilsəm də, bu yuxuya inanmaq istəyirdim. Əslində, hər şey yuxu kimi şirin gəlirdi mənə. Amma hər yeri, sanki, sürtüb köhnəltmişdilər.

Qəribə idi, elə bil, baxdığım otaqların işığı da azalmışdı. Bəlkə bu, bizə dərs deyən müəllimlərin ötən illər ərzində dünyalarını dəyişməsi, ya da o illərdə bizim əkdiyimiz ağacların çoxunun qocalması, quruması ilə bağlı idi. Bəlkə məni indi bu məktəbdə heç kəs tanımırdı ona görə... Hər halda bunun bir səbəbi vardı. Bir az gec də olsa o səbəbi tapdım. Bu əlahəzrət Zaman idi və mən zaman qəribi idim.

* * *

Sovetin vaxtında Bakıda lisey tipli bir məktəb (1 saylı fizika-riyaziyyat və kimya- biologiya təmayüllü internat məktəb. Hazırda fizika-riyaziyyat və informatika liseyi adlanır) təkcə respublikamızda deyil, İttifaq miqyasında ad çıxarmışdı. 9-10-cu sinifləri o məktəbdə oxudum. O 2 ildə gecə-gündüzüm olmadı. Oxuduq, özü də yorulmaq bilmədən.

Amma sonra yazıb-yaratmağa meyil məni BDU-nun jurnalistika fakültəsinə apardı. Qəbul imtahanında Xalq şairi, akademik Bəxtiyar Vahabzadə və professor Musa Adilov “Anadır hər kişiyə öz Vətəni” adlı yazıma “əla” yazmışdılar. Bəxtiyar müəllim universitet radiosunda həmin yazıdan bir parça oxumuşdu. Elə bil, dünyanı mənə vermişdilər... İllər sonra mən çalışdığım qəzetdə “Ana dili və Vətən məhəbbəti” adlı məqalə yazmışdım. Həmin yazı Bəxtiyar Vahabzadənin Türkiyədə nəşr olunmuş 2 çildlik kitabları haqqında idi. Şair haradansa telefon nömrəmi öyrənib mənə zəng etmişdi. Bu, belə demək olarsa, sevimli şairimizin mənə ikinci “əla”sı idi. Arada soruşdu ki, ixtisasın nədir? Bildirdim ki, jurnalistika fakültəsini bitirmişəm. Fürsətdən istifadə edib onu da dedim ki, mənə qəbulda yazıdan “əla” yazmısız...

Sinif yoldaşlarımın 11-i indi həkim, 2 nəfəri elmlər doktorudur. Müəllim, mühəndis olanlar da var. 25 nəfərin 23-ü elə birinci il istədikləri fakültələrə qəbul olunmuşdular... Mən həmişə o məktəbdə oxuduğuma görə fəxr edirəm.

Hərdən yolumu məktəbimizin yanından salıram. Maraqla 3-cü mərtəbədə yerləşən sinif otağımıza doğru boylanıram. Həmin dəqiqələrdə uşaqlıq və yeniyetməlik çağlarıma qayıdır, müəllimlərimin şirin səsini eşitmək istəyirəm. Qəfil elə bil kimsə məni yarımçıq yuxudan oyadır. Başa düşürəm ki, o çağlar illərin son baharı kimi payız dumanı arxasında əbədilik gizlənib...

Bir neçə gündən sonra dərs ilinin ilk zəngi çalınacaq. Küçələr şıx geyinmiş məktəblilərlə, uşaqlarının əlindən tutub məktəbə tələsən valideynlərlə, rəngarəng avtomobillərlə dolub-daşacaq. Hər yanda bir həyəcan qarışıq, sevinc hissi yaşanacaq. Bu anlarda ürəyimdən bir arzu keçəcək: kaş dərs ili yenə sentyabrın 1-i (xahiş edirəm, bu istəyə görə məni qınamayın) başlanaydı.

Heyif deyildi...

Səməd MƏLİKZADƏ,
yazıçı-publisist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri