Icma.az
close
up
RU
Mansur Yavaş Ərdoğanın partiyasına qoşulur? Özü açıama verdi

Mansur Yavaş Ərdoğanın partiyasına qoşulur? Özü açıama verdi

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın siyasi mövqeyi və keçirdiyi görüşlərlə bağlı müxtəlif iddialar və ssenarilər gündəmə gətirilir.

Modern.az xəbər verir ki, Mansur Yavaş yayılan iddialara münasibət bildirərək bu məsələlərlə bağlı ictimaiyyətə aydınlıq gətirib.

O bildirib ki, əsas vəzifəsi siyasi dedi-qoduların ardınca getmək deyil, Ankara sakinlərinin problemlərini həll etmək, şəhərdə investisiya layihələrini həyata keçirmək və 6 milyon vətəndaşa xidmət göstərməkdir.

M.Yavaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi son görüşün də yalnız Ankara ilə bağlı olduğunu vurğulayıb.

O qeyd edib ki, Ərdoğanı Ahlat səfərindən qayıdarkən hava limanında qarşılayıb və görüşmək istəyini şəxsən Prezidentə çatdırıb. Müraciətinə müsbət cavab verildikdən sonra keçirilən görüşdə Ankaranın gözləyən iri investisiya layihələri, metro layihələri, kredit və təsdiq prosesləri, planlaşdırılan böyük sərgi kompleksi və şəhərin digər problemləri müzakirə olunub.

“Görüşümüzün gündəmində Ankara var idi. Ankaranın investisiyaları var idi. Ankaranın gələcəyi var idi”, - deyə Yavaş bildirib.

O qeyd edib ki, Prezident üsul-idarəsinin yaratdığı müəyyən zərurətlər səbəbindən böyük şəhər bələdiyyələrinin həyata keçirmək istədiyi bəzi layihələr üçün mərkəzi hökumətin dəstəyinə və təsdiqinə ehtiyac yaranır.

“Ankaranın bir problemini həll etmək, investisiyanın qarşısını açmaq və Ankara xalqına verdiyimiz sözləri yerinə yetirmək üçün cənab Prezidentlə görüşməliyəmsə, bu gün də görüşərəm, sabah da görüşərəm”, - deyə o vurğulayıb.

M.Yavaş üzvü olduğu Cümhuriyyət Xalq Partiyasını (CHP) dəyişəcəyi ilə bağlı yayılan iddialara da münasibət bildirib.

“Məni sevən, mənə güvənən və illərdir yanımda olan insanları incidəcək, qıracaq və məyus edəcək bir mövqe tutmağım mümkün deyil”, - deyə Ankara meri bildirib.

O, Ərdoğanla görüşü barədə həm Kemal Kılıçdaroğlunun, həm də Özgür Özəlin məlumatlı olduğunu açıqlayıb.

Yavaş bildirib ki, məqsədi və məzmunu açıq olan Ankara ilə bağlı görüşə başqa siyasi məna yüklənməsini doğru hesab etmir.

Ankara meri qeyd edib ki, bələdiyyə sədrləri onsuz da ağır iqtisadi şərtlər, vətəndaşların xidmət gözləntiləri və mərkəzi hökumətlə həll edilməli məsələlərlə məşğuldurlar. Siyasi mübahisələrin bələdiyyə məclislərinə daşınmasının şəhərlərə xidmət göstərməyi daha da çətinləşdirdiyini vurğulayıb.

“Biz sizi təkzib etməkdən bezdik. Siz yalan danışmaqdan bezmədiniz”, - deyə Yavaş bildirib.

“Mənim ağzımdan eşitmədiyiniz heç bir sözə inanmayın”, - deyə Mansur Yavaş əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri