Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Arzum” bu halda yenidən həbs ediləcək DETALLAR

“Arzum” bu halda yenidən həbs ediləcək DETALLAR

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


“Arzum 9999” ləqəbli bloger İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb. Məhkəmə təqsirləndirilən şəxsin 4 azyaşlı övladının olmasını, onlardan birinin ağır autizmdən əziyyət çəkməsini nəzərə alaraq həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. Qərara əsasən, İ.Hacıyevaya ev dustaqlığı müddətində sosial şəbəkələrdən istifadə qadağan olunub. O, yalnız telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlaya biləcək.


Bəs ev dustaqlığında sosial şəbəkələrə qadağa necə tətbiq olunur və bunun icrasına kim nəzarət edir? Təqsirləndirilən şəxs hansı konkret məhdudiyyətlərlə üzləşir?

Mövzu ilə bağlı “Bakupost”a danışan vəkil Vamiq Şükürov bildirib ki, bu məsələlər Cinayət-Prosessual Məcəllənin 163-cü maddəsi ilə tənzimlənir. Onun sözlərinə görə, ev dustaqlığı həbsə alternativ qətimkan tədbiridir və şəxsin cəmiyyətdən tam təcrid olunmadan azadlığına müəyyən məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur.

“Məhkəmə tərəfindən tətbiq olunan əsas vəzifələr bunlardır: yaşayış yerini tam və ya günün müəyyən saatlarında tərk etməmək, elektron nəzarət vasitəsi (bilərzik) daşımaq və onu işlək saxlamaq, məhkəmənin göstərdiyi ərazi hüdudlarından kənara çıxmamaq, məhkəmənin icazəsi olmadan yaşayış yerini dəyişməmək”.

Onun sözlərinə görə, məhkəmə əlavə məhdudiyyətlər də tətbiq edə bilər:

“Bura kütləvi tədbirlər təşkil etməmək və ya onlarda iştirak etməmək, müəyyən yerlərə getməmək, müəyyən şəxslərlə ünsiyyət saxlamamaq, zərurət olarsa, müalicə kursu keçmək kimi tələblər daxildir. Sosial şəbəkələrdən istifadə qadağası ayrıca vəzifə deyil. Qanunvericilikdə 163.3-1.5-ci maddədə açıq siyahı qoyulub - "təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən qismən təcrid olunmasını təmin edən digər vəzifələr". Sosial şəbəkə qadağası məhz bu bənddən çıxır. Qismən də 163.3-1.4-dən, yəni müəyyən şəxslərlə ünsiyyət qadağasından. Ona görə də konkret həcmi - nəyin qadağan olunduğu, hansı istisnaların saxlandığı bilavasitə məhkəmə qərarında yazılır. Bu halda görürük ki, telefon əlaqəsi yalnız ailə ilə saxlanılır”.

V.Şükürov vurğulayıb ki, ev dustaqlığında olan şəxsin qaydalara riayət etməsinə daxili işlər orqanları nəzarət edir:

“Vəzifələrə əməl olunmadığına dair əsaslı şübhə yaranarsa, prokurorun qərarı ilə əməkdaş yaşayış yerinə daxil olub yerində yoxlama apara bilər”.

Vəkil əlavə edib ki, Cinayət-Prosessual Məcəllənin 163.9-cu maddəsinə əsasən, ev dustaqlığının şərtləri pozularsa şəxs barəsində yenidən həbs qətimkan tədbiri seçilir:

“Şərtləri pozan şəxsin tutulması barədə qərar çıxarılır və məhkəməyə həbs təqdimatı göndərilir. Tutulma 48 saatdan artıq davam edə bilməz. Belə ki, həmin maddəyə əsasən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs həmin qətimkan tədbirinin şərtlərini pozduğu və bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda onun barəsində həbs qətimkan tədbiri seçilir”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 İyul 2026 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri