Icma.az
close
up
RU
Arzum qəzadan sonra qaçıb? ŞOK DETALLAR

Arzum qəzadan sonra qaçıb? ŞOK DETALLAR

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işinin bəzi detalları məlum olub. 

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə 2025-ci il iyunun 27-də paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb. 

Aparılan istintaqla müəyyən edilib ki, İlduzə Hacıyeva 27 iyun 2025-ci il tarixində saat 00:53 radələrində «Star lizinq» MMC ilə müqavilə bağlayaraq Almaniyanın sürücülük vəsiqəsi ilə "Changan" markalı avtomobii icarəyə götürüb. 

Tiktoker paytaxtın Xəzər rayonu ərazisində Qala istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» qanun   42-ci maddəsinin 1-ci hissəsinin və 37-ci maddənin 4-cü hissəsinin tələblərini yəni, yolun hərəkət hissəsində dönmə hərəkəti apararkən onunla eyni istiqamətli hərəkətdə olan digər hərəkət iştirakçısının hərəkətinin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, onun yanından hərəkətin təhlükəsiziyini təmin edib keçib getməli və bununla da yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyib. 

O, “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının tələblərinə əməl etməyərək sola manevr edib dönmək üçün əks istiqamətli hərəkət zolağına çıxıb. 

İlduzə Hacıyeva onunla eyn istiqamətdə arxadan ötmə əməliyyatını keçirən Amal Məlikovun idarə etdiyi «Mercedes Benz D2» markalı avtomobilin təhlükə yarandığını görməsinə baxmayaraq, idarə etdiyi avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmayıb, həmin avtomobilin onu ötüb keçməsini gözləməyərək dönmə manevrli hərəkətini davam etdirib. 

O, yolun əks hərəkət zolağında hərəkətini davam etdirib və onu ötüb keçmək istəyən Amal Məlikovun idarə etdiyi avtomobilin arxa təkərini sürtməklə vuraraq toqquşub. 

Bununla da Amal Məlikov idarəetməni itirərək yolun kənarındakı beton maneəyə çırpılıb. 

Nəticədə  həmin avtomobildə olan sərnişin Sənubər Muradova ağır bədən xəsarətləri alıb, avtomobilin sürücüsü Amal Məlikov isə hadisə yerindəcə dünyasını dəyişib. 

Bundan başqa, Hacıyeva İlduzə Elmar qızı yol-nəqliyyat hadisəsi törətməsi, özünün şəxsiyyəti barədə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına xəbər vermədən, həmin orqanların əməkdaşlarının gəlməsini gözləmədən və zərərçəkmiş şəxsləri təhlükədə qoyub yardım göstərmədən idarə etdiyi "Changan" markalı avtomobilində yol-nəqliyyat hadisəsi yerindən qaçıb.

 İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyib. İstintaq dövründə onun barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilib.

"Arzum" ləqəbli tiktokerə qarşıCinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 İyun 2026 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri