Icma.az
close
up
RU
“AS İnşaat” Ağalıda 103 evin tikintisini həyata keçirdi Fotolar

“AS İnşaat” Ağalıda 103 evin tikintisini həyata keçirdi Fotolar

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndinin ikinci mərhələsinin açılış mərasimi keçirilib. Tədbirdə kənd sakinlərinə mənzillərin açarları təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramının növbəti mərhələsi çərçivəsində Ağalı kəndində aparılan yenidənqurma işləri “AS Group” şirkətlər qrupuna daxil olan            “AS İnşaat” MMC tərəfindən uğurla həyata keçirilib.

Layihənin icrasına 2024-cü ilin may ayında başlanılıb. Ağalı kəndinin II mərhələsi çərçivəsində ümumilikdə 103 evin tikintisi aparılıb. Onlardan 55-i 12 sot torpaq sahəsində inşa edilən ikiotaqlı fərdi yaşayış evləridir, hər birinin ümumi yaşayış sahəsi 72,71 kvadrat metr təşkil edir. Digər 48 mənzil isə iki blokdan ibarət olan üç ədəd “townhouse” tipli yaşayış binasında yerləşir. Bu binalarda ümumilikdə 36 birotaqlı və 12 ikiotaqlı mənzil inşa olunub.

Kənddə bütün evlər müasir kommunikasiya xətləri ilə təmin olunub. Yaşayış və qeyri-yaşayış binalarının hamısına qaz çəkilib, evlərdə müasir kombi isitmə sistemləri quraşdırılıb.

Yaşayış zonası ilə yanaşı, kənddə ümumi sahəsi 2,2 hektar olan park salınıb. Park Ağalı və Məmmədbəyli kəndlərinin sakinləri, eləcə də qonaqlar üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcək. Park ərazisi 5 funksional zonaya bölünüb və burada uşaqların istirahəti, idman fəaliyyəti və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb. Ərazidə müxtəlif ağac və kol bitkiləri əkilərək yaşıllıq zolaqları formalaşdırılıb.

Ağalı kəndinin II mərhələsində həyata keçirilən bu layihə “Ağıllı kənd” konsepsiyasına uyğun şəkildə reallaşdırılıb və sakinlərin yüksək yaşam standartları ilə təmin edilməsini hədəfləyib.

Xatırladaq ki, Ağalı kəndinin inşasının birinci mərhələsi də “Ağıllı kənd” konsepsiyasına əsasən “AS İnşaat” MMC tərəfindən həyata keçirilib və 2022-ci ildə uğurla başa çatdırılıb. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.







Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Noyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri