“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ölkəmizin açıq innovasiya platforması olan “ASAN AI Hub” və “ABAD” publik hüquqi şəxs arasında əməkdaşlıq çərçivəsində elan edilmiş süni intellekt həlli üzrə çağırışın qalibi müəyyən edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, “ABAD”ın “Brendinq Platforması” mövzusu üzrə çağırışın qalibləri Fuad Bağıyev və Fatimə Bağırova seçiliblər.
Çağırışlar çərçivəsində ümumilikdə 12 innovativ həll təqdim olunub. İlkin qiymətləndirmə mərhələsinin nəticələrinə əsasən hər həll üzrə ən yüksək nəticə göstərən 5 iştirakçı növbəti mərhələyə vəsiqə qazanıb.
Bu təşəbbüs “ABAD” məhsullarının brendləşdirilməsi, etiketlənməsi və dizayn proseslərinin süni intellekt vasitəsilə daha səmərəli idarə olunmasına yönəlib.
Yekun mərhələdə isə çağırış üzrə bir qalib komanda 3000 manat məbləğində mükafat ilə təltif olunub.
“ASAN AI Hub” platformasının əsas məqsədi Azərbaycanda süni intellekt sahəsində fəaliyyət göstərən tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal mühitdə bir araya gətirməkdir. Platforma açıq innovasiya modelini təşviq edərək dövlət, biznes və təhsil müəssisələri arasında effektiv əməkdaşlığı gücləndirir.
Platforma üzərindən real texnoloji problemlər açıq şəkildə elan olunur və tələbələr, universitet və elmi müəssisələrin nümayəndələri, sahibkarlar, eləcə də ictimai təşkilatlar həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edirlər.
Daha ətraflı link vasitəsilə məlumat almaq olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 24 İyun 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















