“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkəmizin açıq innovasiya platforması olan “ASAN AI Hub” və “ASAN müraciət” informasiya sistemi arasında əməkdaşlıq çərçivəsində elan edilmiş süni intellekt həlli üzrə çağırışın qalibi müəyyən edilib.
Newscenter.az xəbər verir ki, “Vizual məzmunun intellektual analizi və uyğunluğunun avtomatik yoxlanılması" mövzusu üzrə çağırışın qalibləri "Zeka Lab" komandasından Ceyran MirQasım, Rəşad Cəfərov və Bibixanım Babayeva seçiliblər.
Çağırışlar çərçivəsində ümumilikdə 20 innovativ həll təqdim olunub. İlkin qiymətləndirmə mərhələsinin nəticələrinə əsasən həll üzrə ən yüksək nəticə göstərən 4 komanda növbəti mərhələyə vəsiqə qazanıb.
Bu təşəbbüs “ASAN müraciət” informasiya sisteminin süni intellekt əsaslı vizual analiz və avtomatik doğrulama imkanları ilə təkmilləşdirilməsinə yönəlib.
Yekun mərhələdə isə çağırış üzrə qalib komanda 5000 AZN məbləğində mükafat ilə təltif olunub.
“ASAN AI Hub” platformasının əsas məqsədi Azərbaycanda süni intellekt sahəsində fəaliyyət göstərən tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal mühitdə bir araya gətirməkdir. Platforma açıq innovasiya modelini təşviq edərək dövlət, biznes və təhsil müəssisələri arasında effektiv əməkdaşlığı gücləndirir.
Platforma üzərindən real texnoloji problemlər açıq şəkildə elan olunur və tələbələr, universitet və elmi müəssisələrin nümayəndələri, sahibkarlar, eləcə də ictimai təşkilatlar həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edirlər.
Ruhiyyə Mehdiyeva
Bu mövzuda digər xəbərlər:“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib
24 İyun 2026 16:42
“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib FOTOLAR
21 Avqust 2026 04:06
ASAN AI Hub ilk çağırışlar üzə qalibləri müəyyən edib FOTOLAR
09 Aprel 2026 15:43
ASAN AI Hub üzrə beynəlxalq tərəfdaşlıq genişlənir I FOTO
03 Dekabr 2025 14:42
ASAN AI Hub beynəlxalq analitik mərkəzin diqqətində
18 Fevral 2026 15:51
Baxış sayı:130
Bu xəbər 03 Avqust 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















