ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər
Icma.az, Ses qazeti saytına istinadən bildirir.
“ASAN Könüllüləri” Təşkilatı tərəfindən yaradılan “Gənc İnnovatorlar” proqramının təqdimat mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev proqramın əhəmiyyətindən bəhs edib. O, “Gənc İnnovatorlar” proqramının ölkəmizdə innovasiya ekosisteminin inkişafına töhfə verəcəyini, gənclərin yaradıcı və texnoloji bacarıqlarının gücləndirilməsində mühüm platforma rolunu oynayacağını vurğulayıb.“ASAN Könüllüləri” Təşkilatının sədri Aysiman Quliyeva proqramın əsas məqsədinin gənclərdə innovativ düşüncə tərzinin formalaşdırılması, onların yaradıcılıq və analitik təhlil bacarıqlarının inkişaf etdirilməsi, eləcə də texnologiya və sosial innovasiya sahələrində praktiki təcrübə qazanmalarına şərait yaratmaq olduğunu qeyd edib.Çıxışlardan sonra proqramın təqdimatı olub. "Gənc İnnovatorlar” proqramının məqsədləri, fəaliyyət istiqamətləri və gənclər üçün nəzərdə tutulan imkanlar barədə ətraflı məlumat verilib.Tədbir çərçivəsində ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev tərəfindən “İdarəçilikdə süni intellektin rolu” mövzusunda təlim keçirilib. Təlim zamanı süni intellektin əsas prinsipləri və onun müxtəlif sahələrdə tətbiqi barədə iştirakçılara geniş məlumat verilib.“Gənc İnnovatorlar” proqramı ölkəmizdə innovasiya mədəniyyətinin inkişafına töhfə verməklə yanaşı, gənclərin texnoloji və yaradıcı potensialının üzə çıxarılmasını və gücləndirilməsini hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 21 Aprel 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















