Icma.az
close
up
RU
“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının müvafiq Qanununa və “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla dövlət xidmətlərinin qiymətləndirilməsi tapşırığının icrası 2025-ci ildə də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə və “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin illik nəticələrinə dair keçirilən tədbirdə bildirilib ki, əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

Bu tapşırığın yerinə yetirilməsi məqsədilə 2025-ci ildə Dövlət Agentliyi tərəfindən 37 mərkəzi icra hakimiyyəti orqanının 215 xidməti, 85 yerli icra hakimiyyəti orqanının 253 xidməti və 15 hüquqi şəxsin və digər büdcə təşkilatlarının 43 xidməti daxil olmaqla, ümumilikdə 511 xidmət qiymətləndirilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına əsasən, 2025-ci ildə də Naxçıvan Muxtar Respublikasının dövlət orqanları tərəfindən göstərilən dövlət xidmətlərinin “ASAN xidmət indeksi” əsasında qiymətləndirilməsi davam etdirilib. Qeyd olunan 511 xidmətin 103 xidməti məhz Naxçıvan Muxtar Respublikasının 26 dövlət orqanına aiddir.

2025-ci il “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar arasında 1-ci yer Dövlət Miqrasiya Xidməti, 2-ci yer Dövlət Su Ehtiyatları Agentliyi, 3-cü yer Dövlət Gömrük Komitəsi olub.

Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar arasında 1-ci yer Pirallahı Rayon İcra Hakimiyyəti, 2-ci yer Binəqədi Rayon İcra Hakimiyyəti, 3-cü yer isə Yasamal Rayon İcra Hakimiyyəti olub. Hüquqi şəxslər və digər büdcə təşkilatları arasında ən yüksək göstəriciləri olan qurumlar arasında 1-ci yerdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, 2-ci yerdə “Azəriqaz” İstehsalat Birliyi, 3-cü yerdə isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fərqlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Fevral 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri