Icma.az
close
up
RU
ASC də nöqsanlar aşkar edilib

ASC də nöqsanlar aşkar edilib

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Hesablama Palatası 2025-ci il İş Planına müvafiq olaraq "Azəristiliktəchizat" ASC-də dövlət vəsaitlərinin və digər əmlakının idarə olunmasına dair uyğunluq auditi aparıb.
Reyting.az
Palataya istinadla bildirir ki, kənar dövlət maliyyə nəzarəti tədbiri 1 yanvar 2023-cü ildən 1 aprel 2025-ci il tarixinə qədər olan müddəti əhatə edib və audit predmetinin pul vəsaitlərinin hərəkəti üzərindən faktiki maliyyə tutumu ümumilikdə daxilolmalar üzrə 149,3 milyon manat, xaricolmalar üzrə 146,7 milyon manat olub.
Auditlə müəyyənləşib ki, istehsal edilmiş istilik enerjisinə çəkilən xərclərin tərkibində qaz (müvafiq olaraq, 27140,1 min manat və 27140,1 min manat) və enerji (müvafiq olaraq, 5794,1 min manat və 5834,4 min manat) xərclərinin xüsusi çəkisi 2023-cü ildə 57,5 faiz, 2024-cü ildə isə 57,1 faiz təşkil edib ki, bu da auditlə əhatə olunan dövrdə (əsasən hesabat illərinin I və IV rüblərində) dövlət büdcəsindən subsidiyalaşdırma tələbatının yaranmasını şərtləndirən və nəticə etibarı ilə istilik təchizatı xidmətlərinin tariflərinin həcmini formalaşdıran əsas amillərdəndir.
İstilik təchizatı xidmətləri haqlarının əhali istehlakçı və qeyri-əhali istehlakçı qrupları üzrə son illər ardıcıl olaraq yüksəldilməsi kimi əməliyyat fəaliyyətindən gəlirlərin artırılmasına səbəb olan tənzimləmələrin tətbiqi şəraitində dövlət büdcəsindən ayrılan subsidiya məbləğinin tədricən optimallaşdırılmasına 2025-ci ildə başlanılmayıb.
İki il ərzində dövlət büdcəsindən 89,6 mln. manat subsidiya məbləğinin və 5,5 mln. manat əsaslı xərclərin maliyyələşdirilməsi şəraitində hesabat illərinin yekunlarının müqayisəsi istilik enerjisi istehsalının 3,7 min Qkal (0,3%), istilik enerjisi alışının 8,0 min Qkal (6,1%), satışın (norma üzrə itkilər çıxıldıqdan sonra) həcminin 10,1 min Qkal (0,8%), abonent bazasının əhali istehlakçı qrupu üzrə 0,2 faiz və qeyri-əhali istehlakçı qrupu üzrə 6,0 faiz, gəlirlərin 3,9 mln. manat məbləğində (7,5%) artmasını, gəlirin əldə edilməsi ilə bağlı xərclərin təxminən eyni səviyyədə qalmasını və zərərin 3,5 mln. manat (75,3%) məbləğində azalmasını göstərib.
Təqdim edilmiş məlumatlara əsasən, 2024-cü ildə 1 Qkal istilik enerjisinin maya dəyəri bütün istehlakçı qrupları üzrə ümumilikdə 37,0 manata, o cümlədən əhali istehlakçı qrupu üzrə 43,0 manata, qeyri-əhali istehlakçı qrupu üzrə 37,0 manata yaxın təşkil etməklə əhali istehlakçı qrupu üzrə sonuncu artırılmış tarifi 2,0 dəfədən də çox üstələmiş, qeyri-əhali istehlakçı qrupu üzrə müqavilə qiymətindən isə aşağı olub.
Təqdim edilmiş məlumatlara əsasən, müxtəlif ünvanlarda yerləşməklə ümumi mənzil sayı 6746 olan 213 binada istilik təchizatı xidmətləri alan mənzillərin sayının hər bina üzrə 10 mənzil və ya 10 mənzildən az, o cümlədən binalardakı ümumi sayı 4670-ə bərabər mənzillər üzrə istilik təchizatı xidmətləri alan mənzillərin xüsusi çəkisinin 20 və daha aşağı faiz intervallarında olması və s. bu kimi hallar mövcuddur ki, bu da uzun illər ərzində əhali istehlakçı qrupuna istilik xidmətlərinin mərkəzləşdirilmiş qaydada təchizatı sahəsində zəruri işlərin (sistemin modernləşdirilməsi ilə abonent bazasının və isidilən sahələrin genişləndirilməsi) lazımi səviyyədə həyata keçirilməməsi deməkdir.
Nəticə etibarı ilə qeyd etmək olar ki, əməliyyat fəaliyyəti çərçivəsində əhali istehlakçı qrupuna aid çoxmənzilli binalara tam həcmdə istilik təchizatı xidmətlərinin göstərilməsi üçün əsas infrastruktur (borular, paylayıcılar, işçi heyyəti, qaz, elektrik enerjisi və s. məsrəflər) təminatı və müvafiq elementlər üzrə xərclərin qarşılanması müqabilində satış potensialı faktiki olaraq tam həcmdə reallaşdırılmır. Mövcud vəziyyət bir tərəfdən əhali istehlakçı qrupu üzrə tarifin (satış qiymətinin) maya dəyərindən dəfələrlə aşağı səviyyədə tənzimlənməsi şəraitində abonent bazasının genişləndirilməsinin perspektivli (iqtisadi cəhətdən rentabelli) olmamasını (zərərin daha da yüksəlməsinə səbəb olmasını) şərtləndirib, digər tərəfdən dövlət əmlakının idarə edilməsinin səmərəlilik meyarları ilə uyğunsuzluqlar yaradıb.
Ümumilikdə, 244 ədəd qazanxananın faktiki yerləşdiyi obyektlərin (daşınmaz əmlakların) "Azəristiliktəchizat" ASC-yə aid olmaması, o cümlədən bir qisminin konservasiya statusunda olması və ya bitməmiş tikili kimi qalması "Azəristiliktəchizat" ASC-nin fəaliyyətində dayanıqlılığın təmin olunması baxımından balans mənsubiyyətinin optimallaşdırılması məsələlərini aktuallaşdırıb.
İlkin uçot məlumatları ümumi debitor borcların məbləğinin 01.01.2023-cü il tarixinə 20758,9 min manat, 01.01.2025-ci il tarixinə 24749,4 min manat, 01.04.2025-ci il tarixinə isə 34532,6 min manat təşkil etdiyini göstərib, eyni zamanda auditlə əhatə olunan dövrdə satışdan gəlirlərin yığım səviyyəsinin hesabat illərinin əvvəlinə olan borclar nəzərə alınmadan ümumilikdə 86,0-90,0 faiz (o cümlədən, əhali istehlakçı qrupu üzrə 71,0-78,0%) intervalında olsa da hesabat illərinin əvvəlinə olan bütün borclar nəzərə alınmaqla ümumilikdə 40,0-45,0 faiz (o cümlədən, əhali istehlakçı qrupu üzrə 20,0-25,0%) intervalında dəyişdiyini deməyə əsas verir.
Dövlət büdcəsindən maliyyələşdirilən investisiya qoyuluşları hesabına Bakı şəhərində tikilmiş, yenidən qurulmuş və ya modernləşdirilmiş qazanxanaların müvafiq tərkib hissələrinin timsalında 1618067,4 manat dəyərində aktivlərin maliyyə (mühasibat) uçotunda müvafiq qaydada əks etdirilməsi təmin edilməyib.
Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması çərçivəsində 3654,3 min manat məbləğində olan hissəsinin müvafiq qaydada (əsasən, uçota) bərpa olunmasını nəzərə alıb, digər nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair irəli sürülmüş təkliflərin yerinə yetirilməsi, eləcə də aşkar edilmiş müvafiq məsələlərlə əlaqədar qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərə uyğun tədbirlərin həyata keçirilməsi üçün zəruri sənəd və məlumatların aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 Oktyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri