Bərdədə restoranda nöqsanlar aşkar edilib FOTO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bərdə rayonunun Qaradağlı kəndində fəaliyyət göstərən, Samir Səfiyar oğlu Bayramova məxsus “Oliqarx” restoranında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılmış təkrar baxış zamanı ilkin yoxlamada aşkarlanan nöqsanların aradan qaldırılmadığı məlum olub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, restoranda ət məhsullarının müşayiətedici sənədlərinin olmadığı, emal zamanı istifadə edilən suyun filtrasiyadan keçirilmədiyi, işçi heyətin gigiyena qaydalarına əməl etmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı sahibkar barəsində təkrar inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Baxış sayı:89
Bu xəbər 08 Sentyabr 2025 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















