Icma.az
close
up
RU
Asəf Quliyev: “Qarabağda müstəqil media olarsa, neqativ hallar azalacaq”

Asəf Quliyev: “Qarabağda müstəqil media olarsa, neqativ hallar azalacaq”

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İşğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti-bərpa işlərində çalışanların əmək haqqının gecikdirilməsi ilə bağlı sosial şəbəkələrdə son zamanlar vaxtaşırı məlumatlar, video-görüntülər paylaşılır. Müxtəlif bölgələrdən Qarabağa işləməyə gedənlər əmək haqqlarının aylarla gecikdirildiyini bildirir. Qarabağda fəaliyyət göstərən “Bəyaz İnşaat”ın rəhbərliyindən şikayət edən bir qrup işçi bu günlərdə video müraciət hazırlayaraq sosial mediada paylaşıb. Fəhlələr onlara vəd edilən əmək haqqının ödənmədiyini, hər dəfə də ödəmə müddətinin uzadıldığını bildirir.  

Müstəqil J-urnalistlərə Hüquqi və Texniki Yardım İctimai Birliyinin sədri, əslən Ağdamdan olan tədqiqatçı jurnalist Asəf Quliyev “Sherg.az”a açıqlamasında işğaldan azad olunmuş ərazilərdə baş verən bu cür hallardan təəssüfləndiyini bildirdi:

 - İşğaldan azad olunmuş ərazilərdə baş verən neqativ hallarla bağlı sosial şəbəkələrdə vaxtaşırı xəbərlər, video görüntülər yayılır. Sözsüz ki bunlar xoşagəlməz hallardır, belə hallara yol verilməməlidir. Amma bu faktlar var və sosial şəbəkələrə yol tapır. İşçinin əmək haqqı niyə ödənməməlidir, səbəb hər nədirsə, bunun qarşısı alınmalıdır. İnsanlar Qarabağda işləməyə həvəslidir, müxtəlif bölgələrdən gəlirlər, çalışırlar. Bu, bir çoxları üçün qazanc yeridir, ailələrinə çörək aparırlar, həm də işğaldan azad edilmiş ərazilərimizin dirçəlməsi, aparılan tikintilərin qısa zamanda başa çatmasına dəstək vermiş olurlar. Çalışanları incitmək, incik salmaq olmaz. Görürük ki, vəzifədə olduğu müddətdə, fəaliyyəti zamanı neqativ hallara yol vermiş şəxslərə qarşı dövlət strukturları tərəfindən müəyyən tədbirlər görülür, vəzifədən kənarlaşdırılan, hətta cinayət məsulyyətinə cəlb edilənlər də olur. Yaxşı olardı ki neqativ halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülsün. Qabaqlayıcı tədbir elementlərindən biri işğadan azad olunmuş ərazilərdə vətəndaş nəzarətinin təmin olunmasıdır. Cənab Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, ictimai nəzarət güclənməlidir. İctimai nəzarətin iki əsas istiqaməti var ki bunlardan biri qeyri-hökumət təşkulatları, biri də müstəqil mediadır. Bu gün Qarabağda fəaliyyət göstərən müstəqil media orqanı yoxdur, təəssüf ki. Hər hansı bir tədbir, konfrans, forum keçirilərkən və ya tikinti, quruculuq işlərini işqılandırmaq lazım gələndə müxtəlif telekanalların, portalların əməkdaşları ora ezam olunur, süjet hazılanır və ictimaiyyətə təqdim olunur. Amma yaxşı olardı ki birbaşa Qarabağda fəaliyyət göstərəcək müstəqil media strukturları yaradılsın, bu operativlik və obyektivlik baxımından məsələyə daha düzgün yanaşma olardı. QHT-lərin fəaiyyəti üçün də orada yaşayıb, orada da fəaliyyət göstərəcək şəxslərə imkan yaradılmalıdır. Bu, daha düzgün olar və ictimai nəzarət təmin edilmiş olar. QHT-lərə Dövlət Dəstəyi Agentliyi müəyyən tədbirlər həyata keçirir, QHT-lər işğaldan azad edilmiş ərazilərdə layihələr icra etməyə təşviq olunur. Amma bir var layihə müyyən müddət ərzində icra olunsun, sonra bitsin, bir də var, o ərazilərdə daimi fəaliyyət göstərəcək qeyir-hökumət təşkilatları və media orqanı olsun. Hesab edirəm ki, bu, vətəndaş nəzarətini, ictimai nəzarəti təmin etmək üçün daha optimal yoldur. Belə olarsa neqativ halların qarşısı daha effektiv alınar. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 May 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri