Asena ikinci dəfə ailə qurdu
Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyəli tanınmış rəqqasə və müğənni Asena uzun müddətdir münasibətdə olduğu iş adamı Kani Kudu ilə ailə qurub.
Axşam.az xəbər verir ki, Asena nikahın öz aralarında, sadə şəkildə baş tutduğunu bildirib.
"Həyat yoldaşım qadından anlayır. Çox zövqlü və dürüstdür" deyə, rəqqasə açıqlayıb.
Məlumata görə, Asena ilə Kani Kudu təxminən səkkiz aydır münasibətdədir. İş adamı Kani Kudunun Yalovada tikinti və podratçılıq sahəsində fəaliyyət göstərdiyi bildirilir.
Qeyd edək ki, Asenanın ilk evliliyi iş adamı Hasan Dere ilə olub. Cütlük 2017-ci ilin avqustunda Almaniyada nikah bağlayıb, həmin ilin oktyabrında isə İstanbulda, Shangri-La Bosphorus hotelində dəbdəbəli toy mərasimi keçirib. Evləndikdən sonra Asena səhnə fəaliyyətinə fasilə verərək Almaniyaya köçüb. Təxminən səkkiz il davam edən evlilik 2025-ci ildə boşanma ilə nəticələnib. Belə ki, Asena yenidən oriental rəqsə qayıtmaq istəsə də, Hasan Dere bunu qəbul etməyib.
Asenanın ən çox müzakirə edilən münasibətlərindən biri isə Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıseslə yaşadığı sevgi olub. 2000-ci illərin əvvəllərində başlayan münasibət təxminən dörd il davam edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 14 Noyabr 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















