Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Asfalt bəs eləmir 2024cü ilin ən qeyriadi avtomobilləri

Asfalt bəs eləmir 2024cü ilin ən qeyriadi avtomobilləri

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

2024-cü ildə bir çox parlaq, qeyri-standart dizayna malik və innovativ avtomobil modelləri təqdim edilib. Onların arasında həm bahalı superkarlar, həm də büdcəli avtomobillər var.

Son illərdə avtomobil sənayesinin inkişafı sürətlənib, həmçinin elektromobillərə tələbat artıb.

Oxu.Az geridə qoyduğumuz ilin orijinal, qeyri-standart yeni avtomobillərindən bir neçəsini təqdim edir.

"Bugatti Tourbillon"

"Bugatti"nin bütün superkarları müasir texnologiyanın təcəssümüdür, lakin yeni "Tourbillon" öz sələflərini geridə qoyub. Onun 8,3 litrlik V16 və üç elektrik motorlu hibrid qurğusu 1 800 at gücünə malikdir. "Bugatti Tourbillon" iki saniyəyə 100 km/saata qədər sürət yığmaq qabiliyyətinə malikdir, 10 saniyəyə isə 300 km/saata qədər sürətlənir. Maksimal sürət 445 km/saat təşkil edir.

Eyni zamanda, avtomobil elektrik enerjisi ilə 60 km məsafə qət edə bilir. Qalxan qapıları və aktiv aerodinamikası olan superkar neoklassik dizaynı ilə fərqlənir.

"BYD Yangwang U9"

Çinin BYD şirkəti qısa müddətdə nəinki avtomobil istehsalını kəskin şəkildə artırıb, həm də "Yangwang U9" superkarı kimi yüksəktexnologiyalı modellər istehsal etməyə başlayıb. Futuristik dizaynı olan bu avtomobil hər təkərin fərdi idarə olunması ilə pnevmatik asqıya malikdir ki, bu da onun "rəqs etməsinə" imkan verir.

Elektrikli superkar 1 306 at gücündə aqreqatla təchiz edilib. O, 2,36 saniyəyə 100 km/saat sürət yığmağa və bu sürəti 309 km/saata çatmağa qadirdir.

"DS №8"

"Stellantis" konserninin yeni DS flaqmanı avanqard görünüşü ilə diqqət cəlb edir və yeni üslubda ilk modeldir. Onun geniş silueti səmərəli aerodinamikanı təmin edir, ön hissənin işıqlandırılması isə radiator barmaqlığını təqlid edir. Salonda qeyri-adi sükan və bürünc rəngli əlavələr diqqəti cəlb edir.

"DS №8" elektromobili təkcə öz üslubu cəlb etmir. Bu, şarj edilmədən 750 km məsafə qət edə bilən, sinfinin ən uzunmənzilli modellərindən biridir. Avtomobil 230-dan 350 at gücünə qədər modifikasiyalarda təklif olunur.

"Ferrari F80"

"Ferrari F80" superkarı ən yeni yarış texnologiyalarını özündə birləşdirir və Le-Manedə 24 saatlıq yarışda iki dəfə qalib gələn "499P" idman avtomobilinin "yaxın qohumu"dur. Onun konstruksiyasında karbon və titandan istifadə edilib, innovativ aerodinamik elementlər isə bir tondan çox asfalta yatma qüvvəsini təmin edir.

Üçlitrlik V6 tvin-turbo və üç elektrik mühərriki ilə hibrid qurğu 1200 at gücünə malikdir. Yeni "Ferrari F80" brendin tarixində ən sürətli modeldir: kupe 2,15 saniyəyə 100 km/saata qədər sürət yığır və 350 km/saatdan artıq sürətlənməyə qadirdir.

"KIA EV3"

"KIA EV3" sübut edir ki, hətta bahalı olmayan modellər belə, futuristik ola bilər. 4,3 metrlik krossover qeyri-standart görünüşü ilə fərqlənir, salonun tərtibatı isə qeyri-adidir. Elektrokar 204 at gücünə malik mühərriklə təchiz edilib və hərəkət məsafəsi 600 km-ə çatır.

"Lucid Gravity"

"Lucid Gravity" elektrokrossoveri "Tesla Model X"in yeni rəqibidir. Beşmetrlik iri avtomobil eleqant, sadələşdirilmiş dizaynı sayəsində diqqət cəlb edir, onun salonunda isə əyilmiş şəkildə 34 düymlük OLED displey quraşdırılıb.

"Lucid Gravity"nin xüsusiyyətləri heyranedicidir: elektrokarın debüt 811 at gücünə malik versiyası 3,5 saniyəyə 100 km/saat yığmağa və enerji doldurmadan 708 km qət etməyə qadirdir.

"Red Bull RB17"

"Formula-1"də məşhurlaşan "Red Bull" indi də seriyalı modelini buraxmaq qərarına gəlib.

RB17 ekstremal trek superkarı sadələşdirilmiş dizayna malikdir və gələcəkdən gələn yadplanetli kimi görünür.

Kupenin çəkisi cəmi 805 kq-dır, onun aerodinamik paketi isə 1 500 kq asfalta yatma qüvvəsini təmin edir. Yüksəksürətli V10 elektrik mühərriki ilə 1 200 at gücünə malik hibrid qurğu 350 km/saatdan artıq sürət yığa bilir.

"Zeekr Mix"

"Geely" və "Volvo"dan olan "Zeekr Mix" elektrikli miniveni ən orijinal ailə modellərindən biridir. Sürüşən ön və arxa qapılara malikdir, salonda isə fırlanan ön cərgə oturacaqları, soyuducu və daşınan mərkəzi konsol mövcuddur. Elektroven kifayət qədər güclüdür (415 at gücünə malikdir), onun hərəkət məsafəsi isə 700 km-ə çatır.

"Flying Xpeng"

Uçan "Flying Xpeng" elektromobili adi müasir ortamühərrikli superkara bənzəyir və irəliyə istiqamətlənən ikinəfərlik salona malikdir. Yol konfiqurasiyasında ümumi uzunluğu 4 980 mm, eni 2 010 mm-dir, yəni belə bir avtomobil standart nəqliyyat axınına asanlıqla uyğunlaşacaq və istənilən yerdə park edilməsi mümkün olacaq.

Ancaq uçmaq lazım gələrsə, adi parkinq yerindən daha geniş sahəyə ehtiyac olacaq: yanlardan uzanan qatlanan vintlər avtomobilin ümumi uzunluğunu 7 010 mm-ə, enini isə 12 200 mm-ə qədər artırır.

"Exeed E08"

5200 mm uzunluğunda olan futuristik "Exeed E08" miniveni "Wind Aesthetics 2.0" dizayn konsepsiyasının ruhunda hazırlanıb. Avtomobilin özəl cəhətləri ləçək formalı təkərlər, arxa görünüş güzgüləri əvəzinə rəqəmsal kameralar, salonda mərkəzi sütunun olmaması və şturval (gəmi sükanı - red.) şəklində sükandır.

Sərnişinlərin üçüncü sırada əyləşməsini asanlaşdırmaq üçün arxa qapılar mümkün qədər geri çəkilir. Salon zamşa ilə bəzədilib və panoram tavanı var.

Könül Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Yanvar 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri