Icma.az
close
up
RU
Asiya savaş astanasında: dördüncü müharibə hər an başlaya bilər

Asiya savaş astanasında: dördüncü müharibə hər an başlaya bilər

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

İlham İsmayıl: “Təhlillər deməyə əsas verir ki, genişmiqyaslı müharibənin olması ehtimalı azdır”

Pakistanla Hindistan arasında aprelin 22-dən başlanan gərginlik daha kəskin xarakter almaqdadır. Qeyd edək ki, aprelin 22-də mübahisəli Cammu və Kəşmir bölgəsində terror aktı baş verib. Silahlı döyüşçülər Baysaran vadisindəki cığırla qalxan turistlərə avtomat silahlardan atəş açıblar. Hücum nəticəsində 26 nəfər həlak olub. Terror aktına görə məsuliyyəti Pakistandan əraziyə daxil olan Əfqanıstanın "Müqavimət Cəbhəsi" qruplaşması öz üzərinə götürüb.

Hadisə rəsmi Yeni Dehli ilə İslamabad arasında münasibətləri kəskinləşdirib. Nəticədə tərəflər arasında sərhəddə yüngül silahlarla hərbi toqquşmalar baş verib. Bu fonda tərəflər savaş anonsları verməkdədirlər. Hindistan da, Pakistan da rəsmi bəyanatlarında müharibəyə hazırlıq gördüklərini bildirirlər. Ona görə də, Hindistanla Pakistan arasında dördüncü müharibənin başlaması ehtimalı artır.

Artıq dünya ölkələrindən silahları yerə qoymaq üçün tərəflərə çağırışlar edirlər. Pakistanın dostu və tərəfdaşı olan Azərbaycan rəsmi bəyanatla hər iki ölkəni təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırıb. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub ki, Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlik narahatlıq doğurur: "Belə qeyri-sabit vəziyyətdə birtərəfli hərəkətlərdən çəkinmək vacibdir. Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffaf beynəlxalq araşdırma aparılacağına ümid edirik".

Bununla yanaşı, bəyanatda münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inam ifadə edilib: "Regional sabitlikdə ortaq və qarşılıqlı marağı qəbul edərək, ümid edirik ki, tərəflər öz xalqlarının və daha geniş regionun rifahının qorunması üçün, sülh və əməkdaşlıq naminə diplomatik kanallardan istifadə edəcəklər".

Analitiklər hesab edirlər ki, iki nüvə dövləti arasında müharibə dünya üçün böyük fəlakətlə nəticələnə bilər. Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl proseslərin perspektivləri barədə AYNA.AZ-ın suallarını cavablandırarkən xatrırladıb ki, Hindistan-Pakistan arasındakı Kəşmir problemi on illərdir ki, davam edir:

- İki ölkə arasında münaqişə donmuş münaqişə sayılır. Bundan əvvəl üç dəfə qısa müddətli də olsa, müharibələr baş verib. Hətta bu müharibələrə görə Hindistan da, Pakistan da nüvə silahı əldə etdilər. Bunun səbəbi də perspektivdə iki dövlət arasında böyük fəlakətə gətirən irimiqyaslı müharibə baş verməsinin qarşısının alınmasıdır. Yəni nüvə silahı çəkindirici mahiyyət daşıyır. Sonuncu gərginliklə bağlı verilən bəyanatlara əsasən demək olar ki,  tərəflər müharibəyə hazırlıq görürlər. Ölkələrdə rəsmi olmasa da, qeyri-rəsmi fövqəladə vəziyyət elan olunub. Məsələn, Hindistanın Baş naziri Narenda Modi Moskvada İkinci Dünya müharibəsinin 80 illiyi münasibətilə keçiriləcək Qələbə paradında iştirakdan imtina edib. Bu onu göstərir ki, gərginlik kifayət qədərdir. Pakinstan təklif edib ki, danışıqlar vasitəsilə məsələyə aydınlıq gətirilsin, amma Hindistan əks mövqedədir. Hesab edirəm ki, Yeni Dehlinin danışıqlardan imtinası, yüngül silahlardan ağır artilleriyaya keçidlə bağlı mesajlar təhlükəlidir.

- Gərginlik irimiqyaslı müharibə ilə nəticələnə bilərmi?

- Faktiki olaraq dünyanın düzəni pozulub. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi 3 ildən çoxdur davam edir və bunun qarşısı alınmır. Yaxın Şərqdə müharibələr davam edir, digər regionlarda da münaqişə ocaqları alovlanır, potensial münaqişə ərazilərində gərginliklər baş qaldırır. Nəzərə almaq lazımdır ki, bu gün dünyada silahlanma prosesi çox sürətlə getməkdədir. Ən kiçik ölkələrdən tutmuş böyük ölkələrə qədər, hər ölkə sürətlə silahlanır. Bu mənada, demək olar ki, Hindistanla Pakistan arasında genişmiqyaslı müharibənin baş verməsi istisna deyil.

Lakin burada bir çox nüanslar mövcuddur. Əsas məsələlərdən biri odur ki, Pakistanın dost və müttəfiqləri Türkiyə və Azərbaycanla məhdudlaşmır. Nəzərə almaq lazımdır ki, Çinlə Hindistan arasında əbədi rəqabət var. Həmin rəqabətin fonunda Çinlə Pakistan arasında yaxın münasibətlər mövcuddur. Təbii ki, Hindistan bu amili hesablayır. Amerika da Hindistana kömək etmək niyyətindən uzaqdır. Vaşinqton əksinə, müharibənin olmamasında maraqlıdır. Həmişə Hindistana kömək olan Rusiya idi ki, indi Rusiyanın özü müharibə şəraitindədir, zəifləmiş durumdadır və özünə kömək lazımdır. Ona görə də, hesab edirəm ki, döyüşlər baş verə bilər, amma bunun genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı da yüksək deyil. Bəli, heç nə istisna deyil. Amma təhlillər deməyə əsas verir ki, genişmiqyaslı müharibənin olması ehtimalı azdır.

- Rəsmi Bakı bəyanatında tərəflərə səbrli olmağı tövsiyə edib. Ümumiyyətlə, Pakistanın dostu olan Azərbaycan və Türkiyənin mövqeyini necə qiymətləndirmək olar?

- Əlbəttə, Azərbaycanın mövqeyi sabitlikdən, müharibənin olmamasından yanadır. Lakin Pakistan bizə dost və qardaş ölkədir. Artıq Türkiyə öz mövqeyini ortaya qoydu, Pakistana hər cür yardıma hazır olduğunu bəyan etdi. Onsuz da Pakistanın özünün hərbi potensialı yüksəkdir. Amma Hindistanın əhalisinin sayını, ordusunun gücünü də nəzərə almaqda fayda var. Bütün hallarda, müharibənin olması heç bir tərəfə xeyir gətirmir. Bu mənada, Azərbaycanın rəsmi mövqeyini yüksək qiymətləndirirəm. Dünyada daha bir müharibənin baş verməsi nəinki Pakistanın dostlarına, eyni zamanda, digər beynəlxalq güclərə də maraqlı deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://ayna.az
archiveBu xəbər 03 May 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri