Müharibə hər an başlaya bilər: Hərbi təyyarə və gəmilər hazır vəziyyətdədir
Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tayvan adası ətrafında Çinə məxsus 53 hərbi təyyarə və 19 gəmi aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyindən açıqlama verilib.
Bildirilib ki, dünən axşamdan bu gün səhərə qədər adanın ətrafında 53 hərbi təyyarə görünüb: “Onlardan 23-ü Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdıran “orta xətt”dən kənara çıxıb və Tayvanın “Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonası” elan etdiyi ərazinin şimal, cənub-qərb və şərq hissələrinə uçuşlar edib”.
Açıqlamada adanın ətrafında Çin donanmasına aid 11 döyüş gəmisi və 8 rəsmi gəminin də aşkar edildiyi qeyd olunub.
Ehtimal olunur ki, bu hərbi fəaliyyət ada ətrafında təlimin carçısıdır.
Qeyd edək ki, Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqillik əldə edib. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra ortaya çıxan ayrılma və suverenlik mübahisəsi davam edir.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 11 Dekabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















