Icma.az
close
up
RU
İsrail İran müharibəsi daşları yerindən tərpədə bilər Proqnoz

İsrail İran müharibəsi daşları yerindən tərpədə bilər Proqnoz

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

İsrailin İrana qarşı başlatdığı hava hücumları Orta Şərqdə diplomatik balansları dəyişib. ABŞ və digər dünya güclərinin bu toqquşmaya münasibəti, İranın cavab addımları, həmçinin nüvə təhlükəsi dünya ictimaiyyətində narahatlıq yaradıb. 


Sfera.az xəbər verir ki, nüfuzlu xarici media orqanlarının yayımladığı təhlillərə əsasən, hazırkı qarşıdurma yalnız regional deyil, qlobal böhran riskini də artırır.


İsrail Baş naziri Benyamin Netanyahu Bat Yam şəhərində etdiyi çıxışda münaqişəni “yaşam mübarizəsi” adlandıraraq, İran rejiminin zəif olduğunu və mövcud əməliyyatların rejimin devrilməsinə səbəb ola biləcəyini deyib.


ABŞ rəhbərliyi İsrailin hücumlarında birbaşa iştirak etmədiyini bəyan etsə də, bölgədəki amerikalı hərbçilərin öncədən təxliyə olunması, Vaşinqtonun əməliyyatlardan xəbərdar olduğunu göstərir. Respublikaçı senator Lindsi Qraham isə ABŞ-nin zərurət yaranarsa, İsrailə hərbi dəstək verməli olduğunu bildirib.
Amerikanın “Washington Post” nəşri yazır ki, İsrailin yüksək rütbəli İran generallarını hədəf alması, ölkə daxilində kəşfiyyat nüfuzunun artdığını göstərir. İranın isə məhdud hərbi imkanlarla cavab verməsi gözlənilir. Bu cavablar arasında Hörmüz boğazının bağlanması və ya Körfəz ölkələrindəki ABŞ obyektlərinə hücum ehtimalları var.


İsrailin əsas hədəfi İranın nüvə proqramını sıradan çıxarmaqdır. Lakin təhlillərə görə, yalnız ABŞ-nin bunker dağıdıcı bombaları bu hədəfi reallaşdıra bilər. İranın isə nüvə silahların yayılmasının qarşısını alan müqavilədən çıxaraq yeraltı nüvə fəaliyyətlərini sürətləndirməsi ehtimal edilir.
İranın Hörmüz boğazını bağlaması və ya Yəməndəki Husi qüvvələrinin Qırmızı dənizdə gəmilərə hücumları vəziyyəti daha da gərginləşdirə bilər. Analitiklər artan neft qiymətlərinin Rusiya Prezidenti Vladimir Putin üçün iqtisadi fürsət yaratdığını qeyd edirlər. Artan enerji gəlirləri Putinin Ukrayna müharibəsini maliyyələşdirməsini asanlaşdıracaq.


İsrailin mülki infrastruktura zərbələr endirməsi İran daxilində su və elektrik çatışmazlığına, əhali arasında narazılığın artmasına səbəb ola bilər. Bu isə rejimə qarşı daxili etirazlara yol aça bilər. Lakin ekspertlər xəbərdarlıq edirlər: rejim devrilsə belə, İraq və Liviya nümunəsində olduğu kimi, ölkədə xaos və vətəndaş müharibəsi riski yaranacaq.


“New York Times” yazarı Tomas Fridman qeyd edir ki, münaqişənin ən real çıxış yolu danışıqlardır. Onun fikrincə, ABŞ Prezidenti Donald Tramp İranı yenidən nüvə danışıqları masasına əyləşdirməklə diplomatik yolla böhranın qarşısını ala bilər.


Ekspertlərin fikrincə, İsrail-İran müharibəsi artıq regionu deyil, bütün dünyanı təsiri altına alır. Qlobal enerji bazarları, beynəlxalq diplomatik münasibətlər və təhlükəsizlik balansı bu münaqişənin nəticələrindən asılı olacaq. Sülh yolu ilə diplomatik həll mümkün olmazsa, Orta Şərq uzunmüddətli və qeyri-müəyyən bir böhran dövrünə daxil ola bilər. 


Bəsti Rəfizadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:449
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 İyun 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri