Icma.az
close
up
RU
Asiya yeni toqquşma: Əfqanıstandan Pakistana qarşı “qisas əməliyyatı”

Asiya yeni toqquşma: Əfqanıstandan Pakistana qarşı “qisas əməliyyatı”

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Toqquşmalar şiddətlənib: Pakistan 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirib

“Əfqanıstan Pakistana qarşı “qisas əməliyyatı”nı uğurla başa vurub”. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Durand xətti boyunca ölkənin təhlükəsizlik qüvvələrinə qarşı keçirilən əməliyyat Pakistanın təkrar hava hücumlarına və hava məkanının pozulmasına cavabdır.

“Əməliyyat uğurlu oldu və gecə yarısı başa çatdı”, - deyə vurğulanıb.

Əfqanıstan Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, Pakistan hava məkanını yenidən pozarsa, “silahlı qüvvələr onun sərhədlərini qorumaq üçün qətiyyətlə cavab verəcək”.

Pakistan silahlı qüvvələri Əfqanıstanla sərhəddə İslam Respublikasında hücumlar həyata keçirən terror qruplaşmalarına dəstək verən 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirib. Bu barədə Pakistanın təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən “Geo” telekanalı məlumat yayıb. Bildirilib ki, Əfqanıstan silahlı qüvvələrinin Əfqanıstanla həmsərhəd rayonlarda bir neçə nəzarət-buraxılış məntəqəsini atəşə tutmasından sonra Pakistan ordusu cavab zərbəsi endirib və nəticədə bir neçə keçid məntəqəsi məhv edilib, 19 keçid məntəqəsi isə ələ keçirilib.

Qeyd edək ki, oktyabrın 11-i şənbə günü axşam Əfqanıstan-Pakistan sərhədində silahlı toqquşmalar baş verib. Kunar, Nangarhar və Helmand əyalətlərində atışma və partlayışlar olub. Bundan əlavə, Taliban “Super Tucano” döyüş təyyarələri Pakistanın Lahor şəhərindəki mövqelərə zərbələr endirib. Taliban sərhəddəki “təcavüz tamamilə dayandırılana qədər” əməliyyatın davam edəcəyini vurğulayıb.

“Tolo News” xəbər portalının məlumatına görə, toqquşmalarda 12 pakistanlı əsgər həlak olub. Eyni zamanda, Pakistanın 19 Əfqanıstan sərhəd-keçid məntəqəsini ələ keçirdiyi bildirilib. Geo telekanalının məlumatına görə, Əfqanıstanın Pakistan ərazisinə hücumlar üçün bu keçidlərdən istifadə etdiyi iddia edilir.

Xatırladaq ki, Əfqanıstan və Pakistan arasında demarkasiya xətti 1893-cü ildə qoyulub, lakin tərəflər heç vaxt problemi tam həll etməyiblər. 1947-ci ildən, müstəqil Pakistan yarandıqdan sonra Kabil bu xətti rəsmi sərhəd kimi tanımır. Bundan əvvəl radikal Taliban hərəkatının yaratdığı müvəqqəti Əfqanıstan hökumətində xarici işlər nazirinin müavini Şer Məhəmməd Abbas Stanikzai bəyan etmişdi ki, Əfqanıstan və Pakistan arasında 1893-cü il Durand xətti əsasında çəkilmiş sərhəd “xəyali xətt”dir.

“Biz heç bir halda xəyali Durand xəttini rəsmi sərhəd hesab etmirik və keçmişdə heç bir əfqan onu sərhəd hesab etməyib”, - deyə bildirmişdi.

28 dekabr 2024-cü ildə Taliban qüvvələri 25 dekabr hücumuna cavab olaraq Pakistanda bir neçə hədəfi vurdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://ayna.az
archiveBu xəbər 12 Oktyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see197

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see164

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see145

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see137

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see135

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see134

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see134

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see133

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri