Icma.az
close
up
RU
Aslan Kərimov: Milliyə yeni baş məşqçi seçimində ən vacib məsələ kommunikasiya olmalıdır

Aslan Kərimov: Milliyə yeni baş məşqçi seçimində ən vacib məsələ kommunikasiya olmalıdır

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 10 sentyabr, AZƏRTAC

Fernandu Santuşun gedişindən sonra millimizin daha yaxşı səviyyəyə çata biləcəyini düşünürəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov deyib.

Fernandu Santuşun Azərbaycan millisinin baş məşqçi postundan göndərilməsinə münasibət bildirən mütəxəssis bu addımın yığmanın inkişafı üçün vacib olduğunu söyləyib: “Santuşun dönəmində komandamız yalnız bəzi oyunların müəyyən hissələrində yaxşı çıxış edə bilirdi. Amma ümumi nəticələr çox zəif oldu, hər keçən gün yığma daha da gerilədi. Onun gedişindən sonra komandamızın daha yaxşı səviyyəyə çata biləcəyini düşünürəm. Hazırda millinin, müvəqqəti olaraq, Ayxan Abbasova tapşırılması düzgün qərardır. Ümumiyyətlə, yığmaya yerli mütəxəssisin başçılıq etməsi daha məqsədəuyğundur. Lakin mövzuya peşəkar yanaşdıqda görürük ki, baş məşqçinin sadəcə taktiki savadı və məşq keçmə bacarığı kifayət etmir. Daha vacib məqam futbolçularla düzgün kommunikasiya qurmaq, onlara inam aşılamaq və motivasiyanı yüksək səviyyədə saxlamaqdır. Futbolçunun baş məşqçiyə inanması yığmanın uğurunda həlledici faktordur”.

Aslan Kərimovun sözlərinə görə, bu baxımdan üstünlük əsasən yerli mütəxəssislərə verilməlidir: “Yerli məşqçilər oyunçularla daha sıx ünsiyyət qurur, onların psixologiyasını yaxşı bilir. Amma bu, əcnəbi məşqçinin belə bir işin öhdəsindən gələ bilməyəcəyi demək deyil. Məsələn, Robert Prosineçkinin yığmada çalışdığı dönəm hər zaman xoş xatırlanır. O, futbolçularla yaxşı münasibət qurmuşdu, onlarda özünəinam yaratmağı bacarmışdı. Hətta həmin illər komandamızın ən yaxşı dövrlərindən biri kimi yadda qaldı. Qurban Qurbanovun qısamüddətli fəaliyyəti zamanı da bu keyfiyyətlər hiss olunurdu. Sadəcə, vaxt az olduğu üçün tam şəkildə reallaşmadı. Buna görə də düşünürəm ki, millinin baş məşqçisinin ilk növbədə futbolçularla kommunikasiyası ən yüksək səviyyədə olmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see222

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see206

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see182

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see169

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see153

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see150

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri