Icma.az
close
up
RU
Çempionatımızda 5 qol vurmaq asan məsələ deyildi Aslan Kərimov

Çempionatımızda 5 qol vurmaq asan məsələ deyildi Aslan Kərimov

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Dünən Misli Premyer Liqasının 4-cü turuna yekun vurulub.

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb liqadan və komandalardan gözləntilərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Məncə, sürpriz bir şeylə qarşılaşmadıq. Liderlərdən başlayası olsaq, "Sabah" qələbə qazandı. Turun ən baxımlı, bəlkə də ən gözlənilən turu idi. "Zirə" və "Sabah"ın maksimum xalı var idi. "Sabah" əbəs yerə çempion olmadığını bir daha sübut etdi. Çünki "Zirə" də elə-belə komanda deyildi, yəni o müdafiəni yarmaq və 5 qol vurmaq həqiqətən də yüksək ustalıq səviyyəsi tələb edirdi ki, onlar da bunun öhdəsindən gəldilər. Düzdür, başlanğıcda bəlkə "Zirə"nin müdafiədə bəlli bir az səhvləri oldu. Böyük presinqlə qarşılaşdılar, "Sabah" bunun nəticəsində rəqib cərimə meydançasında çoxlu sayda top almağı bacardı. Velko Simiçin hücuma meylliliyi, müxtəlif vəziyyətlərdə yaxşı çıxış etməsi oyunun müqəddəratını həll etdi. Çempionatımızda 5 qol vurmaq asan məsələ deyildi. Amma ümumi götürəsi olsaq, elə bu oyunda "Sabah"ın qalib gələcəyi gözlənilirdi. Bəlkə də bu oyunda onların rotasiya etməsi düşünülürdü ki, bundan sonra "Mançester Yunayted"lə qarşılaşacaq və Çempionlar Liqasında ilk oyuna çıxacaqdılar. Amma göründüyü qədəri ilə Valdas Dambrauskas cəmi iki dənə dəyişiklik etməklə matça çıxdı. Təəccüblü deyildi, ötən mövsümün çempionu zatən qələbə qazanma şansı yüksək idi. "Neftçi" də qələbə qazanmağı bacardı. Qalibiyyət çox da asan olmadı. Çünki kifayət qədər qol da buraxdı və qapısında bir qədər təhlükəli vəziyyətlər də oldu. Amma dediyim kimi, yəni bu çempionatda zatən "Neftçi"nin bu cür oyunu istər-istəməz gözləniləndir. Yəni turun əvvəlində də "Neftçi" 100 faiz çempionluq uğrunda mübarizəyə hazırdır deməyə bir az tərəddüd edirəm. Digər oyunlara gəlincə, "Qarabağ" "Araz-Naxçıvan" kimi qarşı iki qol buraxdı. İkisi də standart vəziyyətlərdən baş verdi. Onlarda da komanda oyununun hələ tam üst səviyyəyə gəlib çıxmadığı açıq-aşkar görünür. Yəni oyunçular bir-birlərini başa düşməkdə çətinlik çəkirlər. Bu da bir-birlərini başa düşməməyin sayəsində idi. Amma ustalıq səviyyələrinə görə "Araz-Naxçıvan"a qalib gələ bildilər. Ümumi götürəsi olsaq, yəni tur bol qollu oldu. "Neftçi" 4 dənə qol vurdu, 5 dəfə "Sabah" fərqləndi, "Qarabağ"ın matçı 3-2 bitdi. "Turan-Tovuz" da "Sumqayıt" qarşısında qalib gəlməyi bacardı. Lakin bu o qədər də asan olmadı. 1:0 məğlub duruma düşdükdən sonra oyunu 2:1-ə çevirməyi bacardılar. "Turan-Tovuz"un da heyət, oyun üslubu olaraq çempionluq üçün çox riskli bir görüş nümayiş etdirirlər. Ələxsus da bir az zəif komandalara qarşı həddindən artıq çox boşluqlar verirlər, yəni onlar dominant oynaya bilmirlər. Son dörd turun nəticəsindən irəli gələrəkdən, ümumi götürəsi olsaq, bu beşliyi bir tərəfdə qoyardım ki, məsələn, "Sabah", "Qarabağ", "Neftçi", "Turan-Tovuz" və "Zirə" digərlərindən açıq-aşkar bir az daha öndə görünür. Bir də qalan digər komandalar, yəni "Sumqayıt", "Kəpəz", "Şamaxı", "Şəfa", "İmişli" bir-birinə qalib gələ bilər. Hələ ki, bu komandaların arasında kiminsə bir-birindən daha üstün oyun nümayiş etdirdiyini iddia etməzdim. Zaman-zaman kimsə hansısa matçda daha yaxşı görünə bilər, lakin növbəti oyunda o qədər də yaxşı alınmır. Bu baxımdan bir-birinə çox yaxın klublardır. Ona görə də, ən azından bir neçə turdan sonra bütün bu komandalar haqqında bəlkə nəsə bir fikir formalaşdırmaq olar".

Əlisahib İbrahimli

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://fanat.az
archiveBu xəbər 07 Sentyabr 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see299

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see290

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see287

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see283

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see282

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see277

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see268

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see267

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see260

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see259

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see235

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see234

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see233

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see230

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see228

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see222

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see220

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri