Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

AŞPA nın Azərbaycan qərəzi

AŞPA nın Azərbaycan qərəzi

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qurum indi də Gürcüstanı “qaralayıb”

Bəlkə də Avropanın aparıcı təşkilatlarında Azərbaycana qarşı soyuq münasibətin səbəbi kimi son dörd ildə bölgədə, eləcə də beynəlxalq arenada nail olduğu uğurlara qısqanclığı göstərən yerli ekspertlər yanılmırlar. Söhbət haypərəst Fransanın dominantlıq etdiyi qurumlardan gedəndə, bu versiyanın reallığa daha yaxın olduğuna şübhə yeri qalmır. 

Məlum olduğu kimi, 2024-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiqləmədi. Yəni onun fəaliyətinə birillik “embarqo” tətbiq etdi. Buna cavab olaraq, Azərbaycan nümayəndə heyəti təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırması barədə bəyanat verdi. Bunun səbəbi nə idi? Səbəb AŞPA-nın qətnaməsində göstərilib: “Dağlıq Qarabağla bağlı, xüsusilə də Laçın dəhlizindən sərbəst və təhlükəsiz keçidin təmin olunması, Dağlıq Qarabağdakı humanitar vəziyyətə dair qətnamələrin yerinə yetirilməməsindən və yüz mindən çox erməni əhalinin bölgəni tərk etməsi ilə nəticələnən antiterror əməliyyatından narahatlıq keçirməsi”. Qurumun Monitorinq komitəsinin həmməruzəçiləri qətnamədə Azərbaycanın AŞPA ilə əməkdaşlıqda yol verdiyi “boşluqları” da qeyd ediblər. Bu qurum 2023-cü ilin sentyabr və oktyabr aylarında “Dağlıq Qarabağda humanitar vəziyyətə dair” və “Azərbaycanın Qarabağda apardığı hərbi əməliyyatları qətiyyətlə pisləməsi” barədə qətnamələr qəbul edib. Hətta Bakını sanksiyalarla hədələyib. Bir sözlə, avropalı parlamentarilər zəfərimizlə başa çatmış 44 günlük müharibədən sonra Azərbaycana qarşı çirkin təbliğat və təzyiq kampaniyasına start verdilər.

Azərbaycan digər beynəlxalq təşkilatlar kimi AŞPA ilə də əməkdaşlığa hər zaman maraq göstərib. Təbii ki, bu zaman rəsmi Bakı qarşılıqlı hörmət və etimad prinsipinin gözlənilməsini istəyib. Bunu görməyəndə isə müstəqil və suveren ölkə kimi AŞPA ilə adekvat davranıb. 2024-cü il fevralın 24-də AŞPA Azərbaycanın qurumda səsvermə hüququna veto qoydu. Bu ədalətsiz və qərəzli qərar, təbii ki, cavabsız qala bilməzdi. Bundan sonra Azərbaycan nümayəndə heyəti qurumdakı fəaliyyətini dondurdu və geri döndü. Bir ilə yaxındır Azərbaycan və AŞPA arasında soyuq küləklər əsir.  

Bəs, mövcud vəziyyət nə vaxta qədər davam edəcək? Bundan hansı hüquqi və siyasi çıxış yolları var?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov XQ-yə açıqlamasında bu məsələdə Azərbaycanın mövqeyinin dəyişməz olaraq qaldığını bildirdi: “Təəssüflər olsun ki, AŞPA özünü elə bir böhran quyusuna salıb ki, indi oradan çıxmaqda çətinlik çəkir. Azərbaycan bu böhranın təşəbbüskarı və yaradıcısı olmayıb. Yaranmış vəziyyətin günahkarları AŞPA-nı “girov götürmüş” bəzi siyasi ekstremistlərdir. Onları hətta siyasi terrorçu adlandırardım. Başda Frank Şvabe olmaqla bu qurumun bəzi üzvlərini nəzərdə tuturam. Həmin adamlar getdikcə daha da radikallaşırlar. Bildiyiniz kimi, dünən (yanvarın 27-də -red.) AŞPA-nın toplantısında Gürcüstanın təşkilatdakı nümayəndələrinin səlahiyyətləri sual işarəsi altına salındı. Belə deyə bilərik ki, bu anti-Azərbaycan qaragüruhu özünün təqdim etdiyi qovluqdan başqa heç bir gündəliyi qəbul etmir, aşkar ekspremist, fundamentalist mövqedən çıxış edir. Məhz bu səbəblərə görə belə bir qurumun daxilində dialoq aparmaq, konstruktiv əlaqələr qurmaq qeyri-mümkündür. Bunu özləri də başa düşməlidirlər. Demokratiyadan, insan haqlarından nə qədər danışsalar da, AŞPA-da nə demokratiya var, nə də insan haqları. Bu qurum məlum mövqeyindən çəkinməyincə, biz də öz mövqeyimizdə qalacağıq. Əlbəttə ki, bu, təəssüf doğuran məsələdir. Çünki Azərbaycan COP29 ərəfəsində Bakıya səfər edən AŞPA-nın Baş katibini ən yüksək səviyyədə qəbul etdi. Cənab Prezidentlə görüşdə AŞPA və Azərbaycan arasında konstruktiv əlaqələrdən danışıldı. Amma onlar özlərində güc tapıb bu məsələni həll edə bilmirlər. Artıq bu, bizim deyil, onların problemidir. Hesab edirəm ki, məhz bu nöqteyi-nəzərdən Azərbaycan səbirli olmalıdır”.                    

ARAYIŞ: 46 üzv dövlətin təmsil olunduğu AŞPA 612 (306 əsas, 306 əvəzedici üzv) deputatdan ibarətdir. Assambleya Baş katib ilə yanaşı, İnsan hüquqları üzrə komissarı və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimlərini seçir. Quruma üzv ölkələrdə yerli və regional demokratiyanın gücləndirilməsinə məsul olan Yerli və Regional Hakimiyyətlər Konqresi 200 mindən çox region və bələdiyyə qurumlarını təmsil edən 612 seçkili nümayəndədən ibarətdir.

* * *

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov hesab edir ki, AŞPA Azərbaycanın onun diktəsi ilə oturub-durmasını istəyir: “Bu təşkilatın üzvü kimi Azərbaycanın götürdüyü bir sıra öhdəliklərin yerinə yetirilməsi prosesi, guya, nəzarətə alınmalıdır. Qurum bu mövqeyində yanılır. Biz AŞPA-nın bu cür yaşamasını və münasibətini qəbul etmirik və bunu açıq şəkildə bildirmişik. Azərbaycana qarşı qəbul edilən qərəzli qətnamədə ermənilərin Qarabağdan qovulduqlarını, onlara qarşı “etnik təmizləmə” aparıldığını iddia edirlər. Belə qərəzli münasibətin müqabilində yaxın gələcəkdə AŞPA-ya qayıtmağın heç bir mənası yoxdur. Hesab edirik ki, bu vəziyyətdə orda fəaliyyət göstərmək və  qurumdam obyektiv münasibət gözləmək tamamilə əsassızdır. Nəhayət, Brüsseldə əyləşənlər başa düşməlidirlər ki, Azərbaycan onlar üçün oyuncaq dövlət deyil. Əgər bu qurumdakıların ermənilərə xüsusi rəğbətləri varsa, bu, onların öz işləridir. Amma bu heç də o demək deyildir ki, Ermənistana rəğbətlərini Azərbaycanın hesabına göstərməlidirlər. Görünən reallıq bundan ibarətdir. 

Azərbaycan AŞPA ilə bağlı bundan sonrakı bütün addımlarını məhz bu reallıqdan çıxış edərək atmalıdır. Gələcəkdə ikitərəfli münasibətlər də bu çərçivədə davam etdirilməlidir”.           

Bəzi ekspertlərin “xristian klubu” adlandırdıqları Avropa İttifaqında, onun Avropa Şurasında, eləcə də parlamentində postsovet məkanında yaranmış müstəqil respublikalara yuxarıdan-aşağı baxılmasının bir səbəbi də yəqin bu amillə bağlıdır. Bakı bu dini ayrı-seçkiliyi Brüsselin haylara xüsusi rəğbətinin nümunəsində çox görüb. AŞPA-nın Azərbaycana qısqanc münasibətinin digər səbəbi kimi bizim  həm 44 günlük müharibədə, həm də postmüharibə dövründə imza atdığımız uğurlarımızda Qərbin imzasının olmamasını göstərə bilərik. Bu isə “qoca qitə”ni idarə edənlərin, ələlxüsus da Fransanın xoşuna gəlmir. 

Mövzu ilə bağlı qəzetimizə danışan Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov dedi ki, AŞPA ilə Azərbaycanın məlum münasibətləri bir ildir davam edir: “Görünən odur ki, nə Azərbaycan, nə də AŞPA öz mövqelərindən geri çəkilmək fikrində deyil. Əgər ötən bir il ərzində Azərbaycan hələ də Avropa Şurasının sıralarında qalıbsa, deməli, əməkdaşlığı bu formulada davam etdirmək mümkündür. Yəni, ölkəmiz AŞPA-nın üzvü olmadan da digər təsissatlarında iştirak etməklə, Avropa Şurası ilə münasibətləri qoruyub saxlayıb. Bu vəziyyətdə Azərbaycan fəaliyyətində hansısa məhdudiyyət, yaxud problem hiss ermir. Aydın məsələdir ki, bu qurumda ölkəmizə qarşı müəyyən təşəbbüslərlə çıxış edənlər var. Bir sıra qətnamələr qəbul edilib. Amma bunlar Azərbaycanın, faktiki olaraq, özünün xarici siyasətini həyata keçirməsinə xələl gətirmir. Brüsselin əcaib formadakı anti-Azərbaycan addımlarına baxmayaraq, öz fəaliyyətimizi davam etdirməkdəyik. Həm də işimizi yaranmış problemin nə vaxtsa həll ediləcəyinə ümidlərlə görürük. 

AŞPA-dakı anti–Azərbaycan qüvvələrin yeniləri ilə əvəzlənəcəyi, daha praqmatik yolun seçiləcəyi dönəmi gözləməliyik. O zaman parlament nümayəndə heyətimiz bu qurumda fəaliyyətini bərpa edəcək. Yenə təkrar edirik ki, hazırkı durum münasibətlərin bu formada davam etdirilməsini məqbul sayır”.      

* * * 

İkinci Qarabağ müharibəsindən sonra Avropa İttifaqı iki ölkə arasında danışıqlar prosesində vasitəçilik rolunu oynamaq imkanı əldə etdi. Fəqət, Aİ Şurasının prezidenti Şarl Mişelin Qranada bəyanatını imzalaması səbəbindən qurumun bu missiyası uğursuz oldu. Bununla yanaşı, Aİ-nin əsas qurumu – Avropa Parlamenti də açıq-aşkar anti-Azərbaycan mövqeyi tutdu. Yəni, ­AP-nin nümunəsini AŞPA da təkrarladı. Nəticə hamıya məlumdur. Azərbaycanın tamhüquqlu üzvü olduğu AŞPA-da nümayəndə heyətimizin təmsilçiliyi donduruldu. Əlbəttə ki, bu, siyasi qərar idi. AŞPA-nın bu cür münasibətinin bir səbəbi də Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi antiterror əməliyyatı və bunun nəticəsində bütün ərazilərində özünün suverenliyini bərpa etməsidir. “Kollektiv Qərb” Azərbaycanın bunu bacarması faktı ilə hələ də barışa bilmir. Bunu rəsmi Bakı da yaxşı bilir. Bu məqamda Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il sentyabrın 6-da İtaliyada keçirilən 48-ci Beynəlxalq Çer­nobbio Forumundakı çıxışında dediklərini xatırlatmaq yerinə düşər: “Azərbaycan nümayəndə heyətinin bu qurumda səlahiyyətləri bərpa edildikdən sonra AŞPA üzvlərinin ölkəmizə səfərinə qoyulan qadağa aradan qaldırılacaq”.

Beləliklə, AŞPA-nın ədalətsiz qətnaməsinin ömrünün bitməsinə bir ay qalmış mövzuya qayıtmağı zəruri saydıq. Azərbaycan Avropa üçün əhəmiyyətli ölkədir. Bu faktı AŞPA-da təmsil olunan deputatların böyük əksəriyyəti qəbul edir. Aİ üzvü olan yeddi ölkə ilə enerji daşıyıcıları sahəsində etibarlı tərəfdaşlıq münasibətlərinə malik Azərbaycan bu əməkdaşlığı davam etdirməkdə maraqlıdır.  Amma öz maraqlarını “bəşəriyyətin mənafeyi” kimi görən AŞPA-çılara etiraz səslərini ucaldanları, bir qayda olaraq, “demokratik dəyərlərə hörmətsizlikdə” ittiham ediblər. Üstəlik, hansısa ölkədə baş verən pozitiv dəyişikliyin altına öz imzalarını qoymağa çalışıblar. 

İndi də “kollektiv Qərb”ə boyun əyməyən Gürcüstanın üstünə düşüblər. Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı  nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib. AŞPA-nın iki gün əvvəl işə başlayan qış sessiyasında 30-dan artıq ölkə təmsilçisinin dəstəyi ilə Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinə yenidən baxılması üçün iş aidiyyəti komissiyaya göndərilib. Qərar müsbət olduğu halda Gürcüstan nümayəndə heyəti AŞPA-nın sessiyalarında iştirak etsələr də, səsvermə hüququnu itirmiş olacaq. 

İmran BƏDİRXANLI  
XQ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Yanvar 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri