Icma.az
close
up
RU
“AŞPA regionda olmaq istəyirsə, reallığı qəbul etməlidir”

“AŞPA regionda olmaq istəyirsə, reallığı qəbul etməlidir”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Biz bütün təşkilatlarla əlaqələrimizi həmişə açıq saxlayırıq. Lakin təəssüflər olsun ki, Azərbaycana qarşı işləyən qüvvələr, qeyri-obyektiv məsələlərə baxan qüvvələr - hamısını sadalamağa ehtiyac yoxdur, ümumiyyətlə, yeni reallığı qəbul etmək istəməyən qüvvələr Azərbaycana qarşı elə addımlar atdılar ki, biz həmin təşkilatda nümayəndə heyəti olaraq fəaliyyətimizi dayandırdıq”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu gün keçirilən komitə iclasında bildirib. 

Komitə sədri qeyd edib ki, onlar hər hansı bir bu istiqamətdə əlaqələrin dəyişdirilməsində, obyektiv yanaşmada, Azərbaycana qarşı qeyri-obyektiv məsələlərin gündəmdən götürülməsində fəaliyyət göstərəcəklərsə, biz bunu yalnız alqışlaya bilərik: “Ancaq biz heç vaxt Azərbaycanın milli maraqlarının pozulması, nəzərə alınmaması ilə bağlı, Azərbaycanın törətmədiyi işləri Azərbaycana yazmaqla razılaşmayacağıq. Və öz mövqeyimizi açıq şəkildə göstərmişik. B gün gedən proseslər açıq şəkildə göstərir ki, Azərbaycana münasibət dəyişir, Azərbaycanla münasibət qurmaq niyyəti xarici ölkələrdə, onların siyasətçilərində tamamilə başqa bir müstəvidədir. Onlar hamısı yeni reallığı qəbul etməyə məhkumdurlar. O dövlət, təşkilat, siyasətçi ki bu reallığı qəbul etməyəcək, daha çox öz siyasi karyerasına böyük problemlər yaradacaq”. 

S.Seyidov əlavə edib ki, bu, həmçinin Avropa Şurası Parlament Assambleyasına aiddir: “AŞPA başa düşməlidir ki, Azərbaycan artıq başqa bir mərhələdədir. O, yeni reallığı yaradaraq AŞPA-ya faktiki olduğu krizdən çıxmaq yolunu göstərib. Onlar regionda olmaq istıyirlərsə, yalnız Azərbaycanla yox, regionun başqa ölkələri ilə də ünsiyyətdə olmaq istəyirlərsə, Azərbaycanın fikrini, mövqeyini, indiki reallığı qəbul etməlidirlər”. 

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri