Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

“AŞPA qərəzdən imtina edərək reallığı qəbul etməlidir” Elçin Mirzəbəyli

“AŞPA qərəzdən imtina edərək reallığı qəbul etməlidir” Elçin Mirzəbəyli

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan hökuməti iki illik fasilədən sonra Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin nümayəndələrinə ölkəyə səfər etməyə icazə verib.

Missiya polisin müvəqqəti saxlama təcridxanalarında və Penitensiar Xidmətin müəssisələrində monitorinq aparıb.

Qeyd olunur ki, AŞPA-nın Azərbaycan nümayəndə heyətini qurumdan kənarlaşdırmasının əsas səbəblərindən biri bu missiyanın ölkəyə buraxılmaması idi.

Görəsən, bundan sonra AŞPA-nın Azərbaycana münasibətində yumşalma olacaqmı?

Mövzu ilə bağlı Gununsesi.info-ya Milli Məclisin deputatı Elçin Mirzəbəyli vurğulayıb ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə Azərbaycan arasında yaranmış gərginlik, mahiyyət etibarilə, hüquq və demokratiya prinsiplərinin müdafiəsi ilə deyil, siyasi qərəz və ikili standartlarla bağlıdır:

“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra Avropa institutlarının ölkəmizə qarşı sərgilədiyi davranışlar, xüsusilə AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qərarı bunun bariz sübutudur.

Qərarın formal əsaslandırılması, guya Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin (CPT) nümayəndə heyətinin ölkəyə səfərinə icazə verilməməsi idi. Halbuki bu məsələ Azərbaycanın suveren qərarvermə hüququ çərçivəsində müzakirə edilirdi və heç bir şəkildə beynəlxalq öhdəliklərin pozulması kimi qiymətləndirilə bilməzdi.

Bununla belə, Azərbaycan hökuməti iki illik fasilədən sonra CPT missiyasına səfər üçün yaşıl işıq yandırmaqla, həm siyasi iradəsini, həm də qarşıdurmada maraqlı olmadığını göstərdi.

Bu, prinsip etibarilə rəsmi Bakının beynəlxalq təşkilatlarla münasibətində dialoqa üstünlük verdiyinin, emosional yox, rasional diplomatiya yürütdüyünün növbəti sübutudur”.

Deputat qeyd edib ki, Azərbaycan CPT nümayəndələrinin monitorinqinə şərait yaradaraq, faktiki olaraq, şəffaflıq və özünə inam mesajı verir.

Onun fikrincə, bu addımın arxasında bir neçə strateji məna dayanır:

“Əvvəla, Azərbaycan göstərir ki, insan hüquqları və qanunçuluq məsələləri daxili idarəetmə modelinin ayrılmaz hissəsidir, hansısa kənar təzyiqin nəticəsi deyil.

İkincisi, bu qərar, AŞPA kimi institutlara, qərəzli yanaşmalarına baxmayaraq, Azərbaycanın qapını tam bağlamağa meyilli olmadığını nümayiş etdirir. Azərbaycan münasibətlərin sadəcə bərpasına yox, onların bərabər əsasda qurulmasına tərəfdardır.

Üçüncüsü, bu, Avropa Şurasının öz daxilindəki ziddiyyətləri də üzə çıxarır. Çünki AŞPA-nın siyasi qərarları ilə Komitənin (CPT) texniki-missiya xarakterli fəaliyyəti arasında prinsipial fərq var. Azərbaycan ikinciyə icazə verməklə, siyasətdən çox hüquqa üstünlük verdiyini nümayiş etdirir.

CPT-nin Azərbaycana səfəri əslində AŞPA üçün bir test olacaq. Əgər bu addım Avropa Şurasının qurumları tərəfindən müsbət qiymətləndirilərsə, bu, münasibətlərin tədricən normallaşmasına təkan verə bilər. Lakin təcrübə göstərir ki, AŞPA-nın mövqeyi çox vaxt siyasi konjonkturanın diktəsi ilə formalaşır. Azərbaycanın baxış bucağı kifayət qədər aydındır”.

Elçin Mirzəbəyli qeyd edib ki, Azərbaycanın prinsipial mövqeyi dəyişməyib və münasibətlərin təzyiqlə yox, dialoqla qurulması vacibdir.

“Hər bir beynəlxalq qurum, o cümlədən AŞPA, Azərbaycanın suveren hüquqlarına hörmət etməlidir. Əgər Avropa Şurası bu reallığı qəbul edərsə, əməkdaşlıq üçün yeni imkanlar açıla bilər. Əks halda, Azərbaycan artıq öz müstəqil siyasi kursunu formalaşdırmış və qarşılıqlı faydalı münasibətlərdə balanslı tərəfdaşlıqlara üstünlük verən ölkə kimi, təzyiqlərin təsir dairəsindən çoxdan çıxıb.

Azərbaycanın CPT missiyasına icazə verməsi AŞPA-nın qərəzli arqumentlərini neytrallaşdırmaqla yanaşı, rəsmi Bakının diplomatik çevikliyini və beynəlxalq etimadlı tərəfdaş kimi nüfuzunu da gücləndirir. Bu, həm də siyasi mesajdır və o anlama gəlir ki, Azərbaycan demokratiya və hüquq prinsiplərini kənar diktə ilə deyil, öz milli modelinə uyğun şəkildə tətbiq edir.

Beləliklə, qarşıdurma deyil, qarşılıqlı hörmətə əsaslanan yeni mərhələ üçün hüquqi və siyasi zəmin formalaşır. Bu mərhələdə top artıq AŞPA-nın meydanındadır. Qurum ya qərəzdən imtina edərək reallığı qəbul etməli, ya da Avropa dəyərlərini yalnız kağız üzərində saxlayan qurum kimi süquta aparan yanlış yoluna davam etməlidir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Oktyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see273

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see252

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see250

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see248

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see215

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see199

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see182

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see179

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see168

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see167

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see167

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see166

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see157

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see153

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see140

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see140

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see138

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri