Icma.az
close
up
RU
Aspirini belə də istifadə etmək olar DƏRİ, SAÇ, DIRNAQLAR ÜÇÜN

Aspirini belə də istifadə etmək olar DƏRİ, SAÇ, DIRNAQLAR ÜÇÜN

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

10 avqust aspirinin "ad günü" sayılır. Məhz bu gün 1897-ci ildə Almaniyanın "Bayer" fabrikinin kimya laboratoriyasında aspirin ilk dəfə işlənib hazırlanıb.

Maraqlıdır ki, indiyə qədər bu ən məşhur dərmanlardan birinin əsl müəllifi məlum deyil. Belə hesab olunur ki, bu dərmanı Feliks Xoffman icad edib. Bəzi məlumatlara görə kimyaçı Xoffman bu dərmanı uzun illər revmatik ağrılardan əziyyət çəkən atasına kömək etmək üçün hazırlayıb.

Digər mənbələrdə aspirinin müəllifi kimi kimyaçı Artur Eyxenqrinin adı qeyd edilir.

Saglamolun.az bildirir ki, aspirin dünyada ən çox satılan dərmanlarından biridir. Aspirinin əsas vəzifəsi ağrıları azaltmaq və hərarəti salmaqdır. Bundan əlavə aspirin qan duruldan, infarkt və insultun riskinin azaldan vasitə kimi istifadə olunur.  Son zamanlar aspirinin xərçəngəleyhinə təsiri də aşkar olunub.

Bu faydalı xüsusiyyətlərlə yanaşı aspirinin bəzi çox ciddi yanaşı təsirləri də mövcuddur - uzun müddət ərzində aspirin qəbul edən insanlarda qanaxma, mədə xorası və qastrit inkişaf edə bilər.

Bundan əlavə 16 yaşına qədər aspirinin qəbulu qadağandır ki, aspirin uşaq və yeniyetmələrdə nadir Rey sindromuna səbəb ola bilər. Qaraciyəri və beyini zədələyən bu sindrom xəstənin həlak olmasına gətirib çıxarda bilər.

Bütün dünyada populyar olan, Ginness Rekordları Kitabına daxil olan bu dərman əsas funksiyalarından əlavə həmçinin digər məqsədlərlə də istifadə olunur:

- Sızanaqları müalicə edir. (Aspirin həbləri əzilir, limon şirəsi ilə qarışdırırlır, yalnız sızanaqların üzərinə çəkilir, 20 dəqiqədən sonra silinir.)

- Həşəratların dişləməsi zamanı qaşınmanın qarşısını alır. (Aspirin suda həll olunur, dişlənmiş yerə çəkilir.)

- Saç kəpəyini müalicə edir. (Aspirin əzilir, şampunla qarışdırılır, bu şampunla saçlar yuyulur.)

- Dərini ölmüş hüceyrələrdən təmizləyir (piling edir).

- Dırnaqları möhkəmləndirir. (Aspirin həbləri suda həll olunur və bu suda dırnaqlara vanna edilir.)

- Dabanları yumşaltmaq üçün istifadə olunur. (Aspirin əzilir, ayaq vannasını edəndə suya əlavə olunur.)

- Güllərin tez solmasının qarşısını alır. (Gül dəstəsi olan güldana 1 həb aspirin atılır.)

- Torpağı ziyanvericilərdən qoruyur.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri