Aşqabadda XəzərVolqa dəhlizinin UNESCOnun Ümumdünya İrs Siyahısına daxil edilməsi məsələsi müzakirə olunub AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 9 dekabr, AZƏRTAC
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Aşqabadda “İpək Yollarının Ümumdünya İrsi Namizədliyi Prosesinə Dəstək” (III Mərhələ) UNESCO/Yaponiya İnamlı Fondlar layihəsi çərçivəsində İpək Yolu üzrə Üçüncü Subregional konfransda iştirak edib.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Akademiyasından məlumat verilib.
Tədbirdə İpək Yolunun Xəzər-Volqa dəhlizinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün nominasiyasının hazırlanmasına diqqət yetirilib.
Konfransda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistandan milli koordinatorlar və ekspertlər iştirak ediblər. Müzakirələr Xəzər-Volqa dəhlizinin UNESCO-nun İrs Siyahısına daxil edilməsinin əsaslandırılması, xəritələrin, atlasın hazırlanması, tarixi və mədəni obyektlərin inventarlaşdırılması və regionun sualtı irsinin öyrənilməsinə yönəlib.
Akademik Şahin Mustafayev çıxışında Xəzər-Volqa dəhlizinin qədim ticarət yollarının mərkəzi qovşağı kimi əhəmiyyətini vurğulayıb. O, bu layihənin bölgədə mədəni irsin qorunub saxlanmasına və turizmin dinamik inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 09 Dekabr 2024 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















