Icma.az
close
up
RU
Astanada heykəltaraş Vaqif Rəhmanın sərgisi keçirilib

Astanada heykəltaraş Vaqif Rəhmanın sərgisi keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Astana, 14 noyabr, AZƏRTAC

Astanadakı HAS SANAT incəsənət qalereyasında tanınmış heykəltaraş Vaqif Rəhman və dekorativ-tətbiqi sənət rəssamı Gülşat Curayevanın “Əbədi sevgi” adlı sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, qonaqlar unikal heykəllər və qobelenlərə baxa biliblər.

Tədbirdə çıxış edənlər sərginin əhəmiyyətini yüksək qiymətləndirib, onun bədii dəyərini vurğulayıb və sənətkarlara bədii mühitin inkişafına verdikləri töhfələrə görə minnətdarlıqlarını bildiriblər.

Vaqif Rəhmanın həyat yoldaşı Marina Nağıyevanın sözlərinə görə, hazırkı sərgi mahiyyət etibarilə bu il 85 yaşı tamam olan rəssam üçün xatirə tədbiridir. O, hazırlıq işlərinin təxminən bir il çəkdiyini və nümayiş olunan əsərlərin təqribən üçdəbirinin yeni olduğunu qeyd edib.

“Bu sərgi “Əbədi sevgi” adlanır. Vaqifin yaradıcılığının əsas mövzuları arasında sevgi və analıq mühüm yer tutur. Vaqif əsl bakılıdır, o, Bakıda anadan olub. Surikov İnstitutunu bitirdikdən sonra Qazaxıstana təyin olunub və burada qalıb. Biz onun sərgisini Bakıda keçirməyi, əsərlərinin tarixi vətənində nümayiş etdirilməsini arzulayırıq”, - deyə o bildirib.

Marina Nağıyeva əlavə edib ki, sərgidə bürünc və şüşədən hazırlanmış 23 əsər nümayiş etdirilir.

Heykəltaraş özü insult keçirməsi səbəbindən sərgiyə qatıla bilməyib.

Vaqif Rəhman Qazaxıstanda müasir heykəltaraşlıq hərəkatının aparıcı nümayəndələrindən biridir. O, bürünc kompozisiyaları, bürünc və şüşə də daxil olmaqla müxtəlif materiallarla apardığı təcrübələri ilə geniş tanınır.

Vaqif Rəhmanın əsərləri dünyanın müxtəlif ölkələrinin dövlət muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Bu, onun regionun müasir incəsənətində əhəmiyyətli yerini təsdiqləyir. 1964-cü ildən bəri Vaqif Rəhman Avropa, Qazaxıstan və Kanadada 135-dən çox beynəlxalq sərgidə iştirak edib. Onun əsərləri, həmçinin Qazaxıstan, Avropa ölkələri, Kanada və ABŞ-da keçirilən bir çox fərdi sərgilərdə təqdim olunub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri